Xəbər lenti
2-09-2026, 15:00
 

Millət vəkili Tərtərdə şəhid övladları ilə görüşdü Fotolar

Tarix: 14-09-2026 18:40     Baxış: 518

Yeni tədris ilinin başlaması münasibətilə Tərtər rayonunda birinci sinfə qədəm qoyan şəhid övladları və onların ailə üzvləri ilə görüş keçirilib.

Mubarizciler.az xəbər verir ki, görüşdə Milli Məclisin deputatı Anar Məmmədov, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və şəhid ailələrinin üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər birinci sinfə addım atan məktəbliləri “Bilik Günü” və yeni tədris ilinin başlaması münasibətilə səmimi qəlbdən təbrik edib, Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əmanəti olan övladların hərtərəfli qayğı ilə əhatə olunması, onların keyfiyyətli təhsil alması və cəmiyyətə layiqli vətəndaş kimi yetişməsinin hər birimizin mənəvi borcu olduğunu diqqətə çatdırıblar.

Görüşün sonunda birinci sinfə başlayan şəhid övladlarına məktəb ləvazimatları və hədiyyə çantaları təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət, mənəvi dəstək və yüksək qayğıya görə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.






Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar