Xəbər lenti
2-09-2026, 15:00
 

Goranboyda Şəhid Milli Qəhrəman Niyazi Aslanovun həyat yoldaşı Rübabə İsmayılovanın 65 illik yubileyi qeyd olundu Fotolar

Tarix: 10-09-2026 18:52     Baxış: 553

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, şəhid ailələri, Rayon Ağsaqqallar Şurasının sədri və üzvləri, eləcə də ictimai fəallar Şəhid Milli Qəhrəman Niyazi Aslanovun həyat yoldaşı Rübabə İsmayılovanı 65 illik yubileyi münasibətilə evində ziyarət etdilər.

Mubarizciler.az xəbər verir ki, Görüşdə çıxış edən Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Rübabə İsmayılovanı yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edərək, ona möhkəm cansağlığı, uzun ömür və firavan həyat arzulayaraq qeyd etdi ki, belə əlamətdar yubileylər insanın keçdiyi ömür yoluna nəzər salmaq, onun cəmiyyət və ailə qarşısındakı xidmətlərini yüksək qiymətləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır.

Məhərrəm Quliyev Rübabə İsmayılovanın həyat yolu, xüsusilə də Milli Qəhrəman Niyazi Aslanovun ömür-gün yoldaşı kimi keçdiyi şərəfli və mənalı həyat yolu hər zaman ehtiramla qiymətləndirildiyini bildirərək Niyazi Aslanovun Vətənin müdafiəsi uğrunda göstərdiyi qəhrəmanlıq və fədakarlıq xalqımızın yaddaşında əbədi yaşayacağını, onun ailəsinə və yaxınlarına göstərilən diqqət və ehtiram isə daim davam etdiriləcəyini qeyd etdi.

Rayon rəhbəri Azərbaycan dövlətinin şəhid ailələrinə, Milli Qəhrəmanların ailə üzvlərinə və Vətən qarşısında xüsusi xidmətləri olan insanların yaxınlarına göstərdiyi yüksək diqqət və qayğının Goranboy rayonunda da ardıcıl şəkildə həyata keçirildiyini bildirərək Rübabə İsmayılovaya bundan sonrakı həyatında da sağlamlıq, rahatlıq və xoş günlər arzulayaraq, yubiley münasibətilə ən xoş diləklərini çatdırdı.

Daha sonra çıxış edən Rayon Ağsaqqallar Şurasının sədri, şuranın üzvləri, şəhid ailələri və ictimai fəallar Rübabə İsmayılovanı yubileyi münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı və uzun ömür arzuladılar. Çıxışlarda Milli Qəhrəman Niyazi Aslanovun keçdiyi şərəfli döyüş yolu, Vətən qarşısında xidmətləri və göstərdiyi qəhrəmanlığın gənc nəsil üçün örnək olduğu qeyd edildi.

Səmimi söhbət şəraitində davam edən görüşdə Rübabə İsmayılovanın həyat yolu və Milli Qəhrəman Niyazi Aslanovla bağlı xatirələri dinlənildi. Rübabə İsmayılova göstərilən diqqət və qayğıya, yubileyi münasibətilə ünvanlanan xoş arzulara görə minnətdarlığını ifadə etdi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar