Xəbər lenti
21-08-2026, 13:37
 

Samux rayonunda intensiv meyvə bağlarının sahəsi genişlənir

Tarix: 01-09-2026 12:40     Baxış: 742

Kənd təsərrüfatının əksər sahələrində olduğu kimi, meyvəçilik sahəsində də inkişaf nəzərə çarpır. Rayonun torpaq-iqlim şəraiti, dövlət dəstəyi və təsərrüfatların bu sahəyə artan marağı nəticəsində intensiv meyvə bağlarının sahəsi xeyli artmışdır. Müasir meyvəçilik intensiv üsulla inkişaf etdirilir, tez məhsula düşən, bol və keyfiyyətli məhsul verən sortların becərildiyi sahələr genişləndirilir. İntensiv meyvə bağlarının inkişafı dövlətin aqrar sahədə həyata keçirdiyi məqsədyönlü siyasətin uğurlu nəticələrini əyani şəkildə nümayiş etdirir. Bu bağlardan yığılan məhsullar yalnız yerli bazarlara deyil, həm də xarici ölkələrə ixrac olunur.

Samux rayonunda 1 avqust 2026-cı il tarixinə 3090,6 hektar meyvə bağı mövcud olmuşdur ki, bunun 109,8 hektarı yeni əkmələrdir. Mövcud meyvə bağlarının 697,9 hektarı və ya 22,6 faizi intensiv üsulla əkilmiş sahələrdir. Həmin sahənin 94,8 hektarını yeni salınmış bağlar təşkil etmişdir.

İntensiv üsulla əkilmiş meyvə bağlarının 291,5 hektarı və ya 41,8 faizi kənd təsərrüfatı müəssisələrinin, 406,4 hektarı və ya 58,2 faizi isə fərdi sahibkar, ailə-kəndli və ev təsərrüfatlarının payına düşür.

İntensiv üsulla əkilmiş meyvə bağlarının 12,6 hektarı alma, 19,7 hektarı armud, 140,8 hektarı xurma, 16,6 hektarı heyva, 69,6 hektarı ərik, 279,1 hektarı şaftalı, 25,5 hektarı gavalı, 18,0 hektarı alça, 91,5 hektarı gilas, 7,7 hektarı badam, 6,3 hektarı naringi, 0,5 hektarı nar və 10,0 hektarı qoz bağları olmuşdur.

2026-cı ilin yanvar-iyul aylarında intensiv üsulla əkilmiş meyvə bağlarından 2221,1 ton məhsul yığılmış, hazırda məhsul yığımı davam edir.


Samux Rayon Statistika İdarəsi



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar