Xəbər lenti
4-11-2026, 17:40
 

Samir Qocayevə ağır itki üz verib Fotolar

Tarix: 15-09-2026 13:10     Baxış: 3 339

Naftalan şəhərinin ictimai-siyasi həyatında özünəməxsus iz qoymuş, uzun illər məsul vəzifələrdə çalışmış, 2012-2022-ci illərdə Yeni Azərbaycan Partiyası (YAP)  Naftalan şəhər təşkilatının sədri olmuş Hatəm Qocayev vəfat edib.

Qeyd edək ki, Hatəm Qocayev YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayevin atasıdır.

Hatəm Qocayev fəaliyyət göstərdiyi illər ərzində dövlətçilik prinsiplərinə sadiqliyi  və insanlarla qurduğu səmimi münasibətləri ilə seçilib. O, Naftalan şəhərinin ictimai həyatında fəal mövqeyi və gördüyü işlərlə tanınıb.

Onun uzun illər ərzində göstərdiyi xidmətlər, ictimai fəaliyyəti və insanlara münasibəti onu tanıyanların yaddaşında xoş xatirələrlə qalacaq.

Bu ağır itki ilə əlaqədar Mubarizciler.az xəbər portalının kollektivi olaraq mərhumun ailəsinə, doğmalarına, yaxınlarına və onu tanıyan hər kəsə dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin. Məkanı cənnət olsun.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar