Xəbər lenti

Gəncədə "Müasir dövrün peşələri" mövzusunda görüş keçirilib - FOTO

Tarix: 23-11-2023 18:42     Baxış: 11 354

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramovun iştirakı ilə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin inzibati binasında "Müasir dövrün peşələri" mövzusunda görüş keçirilib. 

Mubarizciler.az xəbər verir ki, Görüşdə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak ediblər. Görüşün keçirilməsində məqsəd yuxarı sinif şagirdlərinin müasir peşələr, peşə seçimləri barədə ətraflı məlumatlandırmaqdan ibarət olub.

Görüş müddətində idarə müdiri Anar Qədiməliyev innovativ yeniliklər, peşə seçərkən əsas hesab olunan meyarlar barədə məlumat verib.

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov müasir dövrün peşələri, peşə seçimində diqqət edilməli olan məqamlar, özünüinkişaf, karyera planlaması və digər mövzular barədə ətraflı məlumat verib.

Sonda Şahin Bayramovun müəllifi olduğu "Karyera planlaması" adlı kitab görüşdə aktiv iştirak edən müəllim və şagirdlərə təqdim edilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar