Xəbər lenti

Yubileyiniz mübarək, cənab POLKOVNİK 0

Tarix: 30-05-2023 22:17     Baxış: 3 234


Zahidov Ehsan Əflan oğlu 1963-cü il iyun ayının 1-də Şamaxı rayonunda dünyaya gəlib. 

Orta təhsilə Qaradağ rayonu Səngəçal qəsəbəsindəki 222 nömrəli məktəbdə yiyələnib. Sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsində ali təhsil alıb. 1983–1985-ci illərdə Macarıstan Respublikasında hərbi xidmətdə olub. Qarabağ müharibəsi veteranıdır. Bir müddət Təbiəti Mühafizə Komitəsinin "Fəryad" qəzetində müxbir kimi fəaliyyət göstərib. 1992-ci ildən daxili işlər orqanlarında çalışır. 1993–1997-ci illərdə DİN Polis Akademiyasında hüquqşünas ixtisası üzrə ikinci ali təhsil alıb. Uzun müddət DİN-in Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə Əlaqələr şöbəsinə rəhbərlik edib. 2010-cu ildə daxili işlər nazirinin müvafiq əmri ilə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini vəzifəsinə təyinat alıb. 2017-ci il fevral ayının 1-dən DİN-in Mətbuat Xidmətinin rəisi vəzifəsində çalışır. Ailəlidir, 3 qızı və 1 oğlu var...

Göründüyü kimi, o, bu vəzifəyə xalqın arasından gəlib, xalq adamıdır. Ümumiyyətlə, polis kimdir, sualını cavablandırmaq elə də çətin deyil. Polis ailəmizin bir üzvüdür. Ailədə qardaşların biri polis, digərləri sürücü, mühasib, iqtisadçı, iş adamı və s. peşə sahibləri də ola bilər. Bəli, Azərbaycan adlı vahid ailənin bir üzvü də polisdir- əsayişimizi qoruyan qardaşımız...

İyunun 1-də Ehsan müəllimin 60 yaşı tamam olur. Bu münasibətlə Mubarizciler.az xəbər portalının kollektivi olaraq  onu təbrik edir, möhkəm cansağlığı, uzun ömür arzulayırıq.
Yubileyiniz mübarək, cənab POLKOVNİK!

 



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Çox oxunanlar