Şəmkirdə vətəndaş müraciəti öz həllini tapdı Fotolar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssas yanaşılması, insanların rifahının yüksəldilməsi və problemlərinin operativ həlli ilə bağlı müəyyən etdiyi tapşırıqlara uyğun olaraq Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən yerlərdə keçirilən səyyar vətəndaş qəbulları mütəmadi xarakter daşıyır. Qəbullar zamanı sakinlər tərəfindən edilən müraciətlər yerində araşdırılır, aidiyyəti dövlət qurumları qarşısında qaldırılaraq həlli istiqamətində məqsədyönlü tədbirlər görülür, icra vəziyyəti isə daim nəzarətdə saxlanılır.
Mubarizciler.az xəbər verir ki, Tatarlı kəndində keçirilmiş səyyar qəbul zamanı sakinlər tərəfindən yeni salınmış yaşayış massivinin təbii qazla təmin olunması ilə bağlı qaldırılan məsələ aidiyyəti qurumlarla əlaqələndirilərək operativ şəkildə icraya yönəldilib. Hazırda ərazidə qaz xətlərinin çəkilişi davam etdirilir.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev görülən işlərin gedişatı ilə yerində tanış olub, tikinti prosesinə baxış keçirərək aidiyyəti qurumların nümayəndələri ilə müzakirələr aparıb. Bildirilib ki, yeni qazlaşdırılan yaşayış massivində 220 fərdi yaşayış evi yerləşir və layihənin başa çatdırılması həmin ərazidə yaşayan ailələrin təbii qaz təminatının yaxşılaşdırılmasına mühüm töhfə verəcək. Tatarlı kəndinə səfər çərçivəsində Rayon İcra Hakimiyyətinin başçısı Aprel şəhidi Nurlan Qasımovun ailəsini də ziyarət edib, ailə üzvləri ilə görüşərək onların qayğıları ilə maraqlanıb. Görüş zamanı şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi, onların müraciətlərinə operativ və həssas yanaşılması dövlət siyasətinin əsas prioritetlərindən biri olduğu vurğulanıb. Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlarla birbaşa ünsiyyətin genişləndirilməsi, səyyar qəbullarda qaldırılan məsələlərin operativ həlli, eləcə də şəhid ailələri, qazilər və müharibə veteranlarının sosial rifahının yaxşılaşdırılması istiqamətində tədbirlər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəkdir.


Xəbəri paylaş







































0772703001 