Xəbər lenti

Yevlax Regional Xəstəxanasının təşkilatçılığı ilə vərəmin erkən aşkarlanması və müalicəsinə dair təlim keçirilib Fotolar

Tarix: 29-06-2026 22:09     Baxış: 1 225

Yevlax Regional Xəstəxanasının təşkilatçılığı ilə vərəmin erkən aşkarlanması və müalicəsinə dair təlim keçirilib. 

Mubarizciler.az xəbər verir ki, təlimin əsas məqsədi tibb işçilərinin vərəmin erkən aşkarlanması, düzgün diaqnostikası, müalicəsi və profilaktikası sahəsində bilik və bacarıqlarının artırılması olub. 

Tədbir çərçivəsində iştirakçılara vərəmlə mübarizədə tətbiq olunan müasir yanaşmalar, risk qruplarının müəyyənləşdirilməsi, xəstələrin idarə olunması və müalicə prosesinin təşkili ilə bağlı ətraflı məlumat verilib.

Təlimdə çıxış edən Yevlax Regional Xəstəxanasının baş həkimi Mirrəhim Nəbiyev Ağciyər Xəstəlikləri Mərkəzinin vərəmlə mübarizə istiqamətində həyata keçirdiyi fəaliyyət, göstərilən ixtisaslaşmış tibbi xidmətlər və həyata keçirilən layihələr barədə danışıb. O, vərəm xəstələrinin vaxtında aşkarlanmasının və müalicəyə cəlb edilməsinin xəstəliyin yayılmasının qarşısının alınmasında mühüm rol oynadığını vurğulayıb.

Qeyd olunub ki, vərəm xəstələrinin müalicəsinin fasiləsiz davam etdirilməsi məqsədilə dərman preparatlarının xəstələrin yaşadıqları ünvanlara çatdırılması xidməti də həyata keçirilir. Bu xidmət xəstələrin müalicəyə əlçatanlığını artırır, dərmanların vaxtında qəbul edilməsini təmin edir və müalicənin davamlılığına müsbət təsir göstərir. Xüsusilə tibb müəssisəsinə mütəmadi müraciət etməkdə çətinlik çəkən şəxslər üçün bu yanaşma böyük əhəmiyyət daşıyır.

Təlim interaktiv müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və vərəmlə mübarizə sahəsində təcrübə mübadiləsi aparılıb. Tədbirin sonunda bu cür maarifləndirici təlimlərin gələcəkdə də davam etdirilməsinin vacibliyi qeyd edilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar