Xəbər lenti
4-06-2026, 15:45
 

Şəmkirdə Səməd Vurğunun 120 illik yubleyi qeyd edilib Fotolar + Yenilənib

Tarix: 10-06-2026 22:03     Baxış: 420

Şəmkir rayonunda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyi münasibətilə tədbir keçirilib.

Mubarizciler.az xəbər verir ki, tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvləri, şairlər və digər rəsmi qonaqlar, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, müəllimlər, gənclər və ədəbiyyatsevərlər iştirak ediblər.

  Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və görkəmli şair Səməd Vurğunun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edərək Səməd Vurğunun Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətlərindən, onun zəngin bədii irsinin milli-mənəvi dəyərlərimizin qorunması və təbliğindəki rolundan bəhs etdik. Bildirdik ki, şairin yaradıcılığı vətənpərvərlik, insanpərvərlik və yüksək mənəvi keyfiyyətlərin təbliği baxımından bu gün də öz aktuallığını qoruyub saxlayır. Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar birliyinin üzvləri və şairlər bildiriblər ki, Səməd Vurğunun əsərləri Azərbaycan poeziyasının ən dəyərli nümunələri sırasında yer alır və gənc nəslin milli ruhda formalaşmasına mühüm töhfə verir. Onun yaradıcılığı təkcə ölkəmizdə deyil, beynəlxalq ədəbi mühitdə də böyük maraqla qarşılanır. Tədbirin bədii hissəsində şairin şeirləri səsləndirilib, yaradıcılığına həsr olunmuş kompozisiyalar təqdim edilib. Məktəblilərin və gənclərin ifasında Səməd Vurğunun əsərlərindən parçalar nümayiş etdirilərək iştirakçılar tərəfindən maraqla qarşılanıb. Sonda vurğulanıb ki, Səməd Vurğunun zəngin ədəbi irsinin öyrənilməsi və təbliği istiqamətində tədbirlərin keçirilməsi gələcək nəsillərin milli-mənəvi dəyərlərə bağlı ruhda yetişməsinə xidmət edir.


Bəxtiyar Hüseynov

Tarixin Səhifələri qəzetinin bölgə müxbiri.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar