Azərbaycanda 30 ildən artıq əkin sahələrinin düçar olduğu çıxılmaz vəziyyət

Şəmkir rayon İrmaşlı kəndi Azərbaycanın pay torpağı olan əkilib biçilməyən kəndidir.
Azərbaycanda torpaq islahatları olan zaman 1998-ci ildə İrmaşlı kənd sakinlərinə pay torpağı verilib. Həmin ərazilərdə Sovet Azərbaycanı dövürlərində pambıqçılıq, üzümçülük, dənli bitki olan taxıl və qarğdalı becərilib. Sözü gedən ərazi Zəyəm çaydan 8 mart kanalı vastəsilə və kəhrizlərlə qaynama suyu ilə suvarılıb. Müstəqillik dövründə də taxıl əkilib və İrmaşlı sakinləri şəxsi hesablarına 15 klometir böyük ölçülü boru alıblar. 1996-cı ildə Dövlət tərəfindən İrmaşlı kəndinə 5 klometir boru verilib. Çünki Zəyəm çaydan gələn İrmaşlı kəndinə gələn su qonşu kəndlərlə gəlib. Gələn suda problem yaranıb ona görə borular alınıb ki asan gəlsin. 2006-cı ilə qədər işgüzar İrmaşlı kənd sakinləri 650 hektar ərazini əkiblər. Susuzluqdan əziyyət çəkən sakinlər əkin əkməyiblər. Kənddə sklad deyilən ərazidə həmin boruların qalıqları 2012 ci ilədək olub. Boru da yoxdur və kənddə su dərdindən 650 hektar ərazi boş sahədir. İrmaşlı kənd sakinləri mal qaraya ev quşlarına bazardan taxıl arpa yem alırlar. Kəndə Dövlət tərəfindən 2020-ci ildə və 2023-cü ildə də 1 subartizan quyusu qazılaraq sakinlərin istifadəsinə verilib. Kənddə 3 kəhriz var Qaynama xəttindən 1982 ci ildə inşa edilən su hovuzu var. Beş min əhalisi olan İrmaşlı kənd sakinlərinin suya ehtiyacı var. Qaynamadan hovuza gələn su borularına hovuza təmirə ehtiyac var. 2023 cü ildə Qaraoğlanlı kəhriz Dövlət tərəfindən təmir edildi yerdə qalan 2 kəhrizin də təmirə ehtiyacı var.
Mən inanıram ki Ulu Öndərin layiqli davamçısı Qarabağ fatehi Cənab İlham Əliyev Şəmkir rayon İrmaşlı kəndinin su problərini həll edəcək. Birinci Vitse-Prezdent Mehriban Xanımdan və aidiyyatı qrumlardan İrmaşlı kənd sakinləri adından xahiş edirəm İrmaşlı kənd sakinlərinin bu problemlərinə köməklik edəsiz.
Bəxtiyar Hüseynov
Tarixin səhfəri qəzeti bölgə müxbiri.
Xəbəri paylaş







































0772703001 