Xəbər lenti
18-11-2024, 12:06
 

Əli İbrahimov: İstintaq Təcridxanasına rəisi təyin olunduqdan qısa müddət ərzində peşəkar rəhbər Qasım müəllim əməkdaşların sevimlisinə çevrilməyi bacarmışdır 0

Tarix: 09-03-2023 00:32     Baxış: 7 159

Dövlətçiliyin möhkəmləndirilməs, cəza-icra siyasətinə sadiq qalaraq məhkum və həbs edilmiş şəxslərin sağlamlıqlarının və təhlükəsizliyinin təmin olunması, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması Ədliyyə Nazirliyi Penitensiar Xidməti əməkdaşlarının fəaliyyətinin əsas istiqamətlərindəndir. 

Ölkə rəhbəri cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə mütərəqqi addımlar atılır, qanunçuluğun möhkəmləndirilməsi istiqamətində təqdirəlayiq işlər həyata keçirilir. Bu gün qonşu ölkələrlə müqayisədə Azərbaycanda cəza-icra siyasətinin həyata kecirilmsi yüksək səviyyədədir. Təbiidir ki, əsası Ulu Öndərimiz tərəfindən qoyulmuş bu ənənənin qorunmasında cənab Nazirimiz Fikrət Məmmədovun rolu peşəkar rəhbərimiz kimi danılmazdır.

Yerlərdə bu uğurların təmin olunmasında peşəkar ədliyyə zabiti, fəaliyyətini dövlətə və xalqa şərəflə xidmət prinsipləri üzərində quran 2 saylı İstintaq Təcridxanasının rəisi ədliyyə polkovnik-leytenantı Qasım Əliyevin əməyini xüsusi qeyd etmək lazımdır. İstintaq Təcridxanasına rəisi təyin olunduqdan qısa müddət ərzində peşəkar rəhbər Qasım müəllim əməkdaşların sevimlisinə çevrilməyi bacarmışdır. Onun Təcridxanaya rəhbərliyi nəticəsində, şəxsən öz təşəbbüsü ilə təcridxanada əsaslı təmir abadlıq işləri aparılmış, həbsdə saxlanılan şəxslərin sosial-məişət problemləri ilə yanaşı, hüquq və vəzifələrinə aid bütün tədbirlər yüksək səviyyədə təmin edilmişdir. Qasım müəllim əsl ədliyyə işçilərinə məxsus sərt intizama, dəmir iradəyə malik olmaqla yanaşı, xidmətdə olan əməkdaşlara qarşı, qəbula gəlmiş vətəndaşlarla, eyni zamanda həbsdə saxlanılan şəxslərlə təmaslarda sadə davranışa malik bir insandır. Həbsdə olan övladları və yaxınlarının problemləri ilə bağlı 2 saylı İstintaq Təcridxanasına üz tutmuş istənilən vətəndaşı dinəlməyi və maksimum olaraq onların problemlərini yoluna qoymağı hədəfləyən rəis bu alicənab davranışları hesabına Gəncə və ətraf rayon sakinlərinin, ziyalılarının və bütün kateqoriyadan olan insanlarının rəğbətini qazanmışdır. Bu gün İstintaq Təcridxanasında qanunun aliliyinin, vətəndaş hüquq və azadlıqlarının təmin olunmasında müsbət dinamika müşahidə olunur. 

Ədliyyə polkovnik-leytenantı Qasım Əliyev vətənpərvər bir insan kimi bir çoxlarına nümunə olaraq Qarabağ müharibəsi veteranlarının da əzizi olaraq sevilir. Şəhid ailələrinə, müharibə iştirakçılarına hər zaman xüsusi qayğı ilə yanaşan rəis, ölkə rəhbərliyinin və xidmət rəhbərliyinin etimadını hərtərəfli doğruldur.

Əli İbrahimov.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar