Xəbər lenti

Rekord istilər gözlənilir - Xəbərdarlıq

Tarix: 14-05-2026 11:22     Baxış: 833

Dünya üzrə iqlim müşahidəçiləri Sakit okeanda güclənən istiləşmə fonunda daha dağıdıcı “Super El Nino” ehtimalı ilə bağlı xəbərdarlıq ediblər.

Mubarizciler.az xəbər verir ki, bu proses qlobal hava sistemini ciddi şəkildə dəyişdirə bilər.

Bildirilir ki, okean sularında qeyri-adi istiləşmə atmosferdə böyük enerji axınını gücləndirir və nəticədə dünyanın müxtəlif bölgələrində ekstremal hava hadisələrinə səbəb olur. Bir tərəfdə uzunmüddətli quraqlıq və məhsul itkisi, digər tərəfdə isə güclü yağışlar və daşqınlar riski artır.

Yaponiya Meteorologiya Agentliyinin proqnozlarına əsasən, Şimal yarımkürəsində güclü “El Nino” ehtimalı 70 faizə yaxın qiymətləndirilir. Agentlik xüsusilə Asiya regionunda musson yağışlarının son illərin ən aşağı səviyyəsinə düşə biləcəyini bildirir.

ABŞ-nin iqlim proqnoz mərkəzlərinin qiymətləndirmələrində isə “El Nino” ehtimalı yüksək göstərilsə də, “Super El Nino” kimi ekstremal ssenarinin 20-30 faiz ehtimalla baş verə biləcəyi qeyd olunur.

Xəbərdarlıq edilir ki, cari istiləşmə tendensiyası keçmişdə qeydə alınmış ən ağır iqlim hadisələrinə bənzəyir və növbəti iki il qlobal miqyasda rekord istilər və hava qeyri-sabitliyi ilə keçə bilər.

Qeyd edək ki, “El Nino” ekvator xətti boyunca yerləşən Sakit okeanda müşahidə olunan bir iqlim prosesidir. Bu hadisə zamanı okeanın səthindəki suyun temperaturu normadan yüksək olur və nəticədə Yer kürəsinin müxtəlif bölgələrində hava şəraiti dəyişikliklərə məruz qalır.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar