Xəbər lenti
25-07-2026, 19:27
 

Goranboyda keçirilən Minifutbol üzrə turnir yekunlaşıb Fotolar + Yenilənib

Tarix: 08-05-2026 16:52     Baxış: 1 400

24 aprel - 7 may 2026-cı il tarixlərində Goranboy Rayon İcra Hakimiyyəti və Goranboy Olimpiya Kompleksinin dəstəyi, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektoru və YAP Goranboy rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş idarə, müəssisə və təşkilatlarda çalışan əməkdaşlardan ibarət komandalar arasında minifutbol üzrə Goranboy rayon turniri keçirilib. 

Mubarizciler.az xəbər verir ki, Goranboy rayonunda keçirilən Minifutbol üzrə turnir başa çatdı.

Goranboy Olimpiya İdman Kompleksinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş idarə, müəssisə və təşkilatlarda çalışan əməkdaşlardan ibarət komandalar arasında minifutbol üzrə Goranboy rayon turniri keçirildi.  Turnirdə 9 komanda qalibiyyət uğrunda mübarizə apardı.

Turnirin yekun nəticələrinə görə:

 I yeri - Goranboy Rayon Polis Şöbəsi komandası

 II yeri - Goranboy rayon Su Meliorasiya İstismarı İdarəsi komandası

 III yeri - Goranboy Rayon İcra Hakimiyyəti komandası qazandı.


Yarışda iştirak edən komandalara təşəkkürümüzü bildiririk, qalib komandaları təbrik edirik.

Mubarizciler.az xəbər verir ki, turnirin qalibi Rayon Polis şöbəsinin əməkdaşlarından ibarət komanda olub.





Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar