Xəbər lenti
15-09-2026, 17:52
 

Şirvanın Polis rəisi məktəblilərlə görüşüb

Tarix: 24-04-2026 18:51     Baxış: 1 316

Gələcəyimizi narkotikə qurban verməyək!

Şirvan Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə 3 və 4 saylı tam orta məktəblərdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbirlər keçirilib. 

Mubarizciler.az xəbər verir ki, görüşlərdə çıxış edən ŞPŞ-nin rəisi polis polkovniki Seymur Əfəndiyev və şöbənin digər əməkdaşları narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışıblar. Həmçinin iştirakçılara əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni effektiv şəkildə təmin etmək məqsədilə keçirilən maarifləndirmə tədbirlərinin mahiyyətindən, eləcə də gənc nəslin sağlam böyüməsinin, valideynlərinin etimadını doğrultmasının və Vətənə layiqli övlad kimi yetişməsinin önəmindən bəhs edilib. Görüşlərin sonunda şagirdləri və digər iştirakçıları maraqlandıran suallar cavablandırılıb, narkotiklərin insan sağlamlığına vurduğu zərərləri əks etdirən videoçarxlar nümayiş etdirilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar