Goranboyda "Lutfizadə adına Məntiq Olimpiadası" və "Respublika Fənn Müsabiqəsində" uğur qazanaraq yarımfinal mərhələsinə vəsiqə qazanmış şagirdlərlə görüş keçirildi Fotolar + Yenilənib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon Komitəsi və Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə “Lütfizadə adına Məntiq Olimpiadası” və “Respublika Fənn Müsabiqəsində" uğur qazanaraq yarımfinal mərhələsinə vəsiqə əldə etmiş şagirdlərlə görüş keçirildi. Mubarizciler.az xəbər verir ki, tədbirdə çıxış edən Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Vüsal Cəfərov öz çıxışında şagirdlərin qazandığı nailiyyətlərin əhəmiyyətindən danışaraq onların bu uğurunun həm məktəb, həm də rayon üçün qürurverici olduğunu qeyd etdi, gələcək mərhələlərdə daha böyük nəticələr əldə edəcəklərinə inamını ifadə etdi.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon Komitəsinin sədri Kamil Baxşəliyev şagirdlərin bu səviyyəyə çatmasında müəllimlərin zəhmətini xüsusi vurğuladı, onlara təşəkkürünü bildirdi və şagirdlərə növbəti mərhələlərdə uğurlar arzuladı. Görüş zamanı ötən il Respublika mərhələsində uğur qazanmış şagirdlər çıxış edərək öz təcrübələrini bölüşdülər, iştirakçılara motivasiya xarakterli tövsiyələr verdilər və onları daha yüksək nəticələr əldə etməyə ruhlandırdılar. Yarımfinal mərhələsinə vəsiqə qazanmış şagirdlərə ETİHİ Goranboy rayon Komitəsi tərəfindən fəxri fərmanlar təqdim edildi. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılandı. Sonda xatirə şəkilləri çəkdirildi.
Xəbəri paylaş








































0772703001 