Xəbər lenti
15-09-2026, 17:52
 

Daşkəsən polisi məktəblilərlə görüşdü 0

Tarix: 06-03-2023 15:18     Baxış: 1 305

Daşkəsən Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə rayonun Alaxançallı, Qaraqollar və Zivlənd kənd tam orta məktəblərində “Narkomaniyaya yox deyək!” adlı maarifləndirici tədbir keçirilib. 

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, tədbirlərdə Daşkəsən RPŞ-nin əməkdaşları ilə yanaşı, məktəblərin pedaqoji heyəti və şagirdləri iştirak edib.

Daşkəsən RPŞ-nin rəisi, polis polkovniki Seymur Əfəndiyev çıxış edərək dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın gətirdiyi bəlalardan, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıb. 

O öz çıxışında ən böyük sosial bəlalardan olan narkomaniyanın cinayətkarlığın artmasına təkan verdiyini və gəncləri “narkomaniyaya yox” deməyə, sağlam həyat yaşamağa və mənəvi kamilliyə, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda yaşamağa çağırıb.

Sonda şagirdlərin sualları cavablandırılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar