Xəbər lenti

Goranboyda Qərbi Azərbaycan İcmasının üzvləri ilə birgə Novruz bayramı tədbiri keçirildi Fotolar + Yenilənib

Tarix: 13-03-2026 10:38     Baxış: 2 142

Goranboy rayon İcra Hakimiyyəti, Qərbi Azərbaycan İcması və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Goranboy Nümayəndəliyinin birgə təşkilatçılığı ilə  Novruz bayramı ilə bağlı ümumrayon tədbirləri çərçivəsində, Qaradağlı kəndində keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, rayonun digər rəhbər şəxsləri, Qərbi Azərbaycan İcmasının Goranboy  rayonu üzrə Nümayəndəliyi və icma üzvləri iştirak etdilər.

Mubarizciler.az xəbər verir ki,  İcma üzvlərini bayram  münasibəti ilə təbrik edən İcra Başçısı Məhərrəm Quliyev çıxışında bildirdi ki,  Prezident cənab İlham Əliyev hər dəfə Qərbi Azərbaycanla bağlı fikirlərində tarixi ədalətin bərpası və azərbaycanlıların doğma yurdlarına dinc yolla qayıdış hüququnun təmin olunması baxımından mühüm siyasi mesajlar verir.

Qərbi Azərbaycan İcması soydaşlarımızın hüquqlarını müdafiə edən leqal təmsilçi kimi onların öz yurd-yuvalarına qayıtmaları istiqamətində beynəlxalq miqyasda da uğurlu fəaliyyət göstərir.  Tədbirdə rayonumuzun mədəniyyət işçilərinin və incəsənət ustalarının ifasında musiqi proqramı, folklor nümunələri və qədim adət-ənənələrimizi özündə əks etdirən əyani səhnələr nümayiş etdirildi, bayram tonqalı yandırıldı.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar