Xəbər lenti
19-02-2026, 16:27
 
18-02-2026, 13:03
 

Xalq artisti Arif Babayevin doğum günüdür

Tarix: 20-02-2026 20:48     Baxış: 595

Fevralın 20-si Azərbaycanın ustad xanəndəsi, professor Arif Babayevin doğum günüdür.

Mubarizciler.az xatırladır ki, sənətkar 1938-ci ildə Ağdamın Sarıhacılı kəndində anadan olub.

Arif Babayev Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov kimi sənətkarların ənənələrinə əsaslanaraq, özünəməxsus ifaçılıq üslubu yaradıb. 1960-cı ildən başlayaraq Arif Babayevin yaradıcılıq həyatı Bakı şəhəri ilə bağlı olub. O, 1962-ci ildə Teatr İnstitutunu (hazırkı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti - red.) bitirib. 1963-66-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında, 1966-cı ildə isə Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışıb.



Arif Babayev muğam operalarında "Məcnun", "Kərəm" (Ü.Hacıbəyov - "Leyli-Məcnun", "Əsli və Kərəm"), "Aşıq Qərib" (Z.Hacıbəyov - "Aşıq Qərib"), "Camal" (Ş.Axundova - "Gəlin qayası") kimi yaddaqalan obrazlar yaradıb. Arif Babayevin ifasında bütün muğam dəsgahları lentə alınaraq "AzTV"nin Qızıl fonduna daxil edilib. 1982-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində ilk muğam müəllimi kimi çalışmağa başlayıb. İki il sonra ilk muğam müəllimi kimi Azərbaycan Dövlət Konservatoriyasına işə qəbul olunub.

1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adını alıb.

Xalq artisti Arif Babayev hazırda Milli Konservatoriyanın muğam kafedrasının müdiri olub.

O, həmçinin, Xəzər Universitetində də muğam dərsi verib.

A.Babayev XX əsrin ikinci yarısında Qarabağ xanəndəlik məktəbinin nümayəndələrindən biri kimi tarixə düşüb.

Onun yaradıcılığında "Şur", "Segah" muğam dəsgahları, "Arazbarı", "Qarabağ şikəstəsi" zərb muğamları xüsusi yer tutur. Xüsusilə, "Segah" muğamını Arif Babayev təkrarolunmaz bir üslubda oxuyub. Xanəndə həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilir.

Arif Babayevin 70 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən xanəndənin səsyazılarından, həyat və yaradıcılıq yolunu əks etdirən şəkillərdən ibarət CD-albom nəşr olunub.

Qeyd edək ki, ustad xanəndə 1978-ci il yanvarın 10-da "Azərbaycan SSR Əməkdar artisti", 1989-cu il martın 21-də "Azərbaycan SSR Xalq artisti" fəxri adlarına layiq görülüb. 1998-ci il fevralın 19-da "Şöhrət", 2008-ci il fevralın 15-də "İstiqlal", 2018-ci il fevralın 20-də "Şərəf" ordenləri ilə təltif olunub. 2010-cu il mayın 10-da "Qızıl çinar" beynəlxalq mükafatı verilib.

Sənətkar 1 avqust 2025-ci ildə, 87 yaşında dünyasını dəyişib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Bölgə
Fotosesiya
Çox oxunanlar