Xəbər lenti
Dünən, 19:50
 
18-11-2024, 12:06
 

Sovet ordusunda xidmət edən, ancaq bir gün təyyarə ilə İrana qaçan Azərbaycanlı pilot kimdir - FOTO 0

Tarix: 04-03-2023 20:56     Baxış: 1 052

Sovet ordusunda xidmət edən, ancaq bir gün təyyarə ilə İrana qaçan azərbaycanlı pilot Məmməd Altunbay.


O, 1911-ci ildə Gəncədə (o zaman Yelizavetpol) anadan olub. Orta məktəbi bitirdikdən sonra Odessa hərbi aviasiya məktəbində təhsil alıb. 1933-cü ildən qırmızı orduda xidmət etməyə başlayıb. SSRİ-nin müxtəlif yerlərində olub, sonra yenə Azərbaycana göndərilib.

SSRİ-də repressiyaların tüğyan etdiyi bir zamanda iki yoldaşı ilə birlikdə təyyarə ilə birlikdə Türkiyəyə uçmaq qərarına gəlirlər. Planı 1939-cu ildə həyata keçirmək mümkün olur. Sovet-İran sərhədini keçərkən təyyarə atəşə tutulur. Xəsarət və ya başqa səbəbdənmi, İranda eniş etməli olurlar. 


Burada onlar 9 ay həbsxanada saxlanılırlar. İran hökuməti pilotların Türkiyəyə getmək istəyi və sovet hökumətinin pilotları təhvil vermək tələbi arasında götür-qoy edir. Nəhayət, bir türk diplomatının köməyi ilə həbsdən qaça bilirlər. Bu zaman onun yoldaşlarından biri həlak olur. Deyilənlərə görə, cənubdakı kommunistlər qətlə yetirir. 


Səkkiz həftə sürən sərgərdanlıqdan sonra  Məmməd və bir yoldaşı Bağdada yetişirlər. Amma burada da macəra bitmir. Onların alman casusu olmasından şübhələnən ingilislər tərəfindən həbs olunurlar və hətta güllələnmə təhlükəsinə məruz qalırlar. Onları xilas edən yenə də Türkiyə səfiri olur. Nəhayət, 1941-ci ildə Türkiyəyə yetişir.


Burada yenidən imtahan verən Mehmet Altınbay pilotluq lisenziyası əldə edir və 1960-cı ilə kimi aviasiya sahəsində çalışır. 1960-63-cü illərdə Münhendə yaşayır və “Azadlıq”radiosu ilə əməkdaşlır edir.


O, Türkiyədə Məlahət Tiftikçizadə ilə ailə qurur, onların Oqtay adlı oğulları olur.


1967-ci ildə Mehmet Altunbayın həyatından bəhs edən “501 numaralı hücre” adlı film çəkilir. Baş rolu Cüneyt Gökçer ifa edir. Rejissor işi zəif olduğundan film yaxşı alınmır.


Mehmet Altunbay 1987-ci il dekabrın 27də İstanbulda vəfat edir. 


1989-cu ildə Ankarada Azərbaycan Kültür Dərnəyi tərəfindən “Hürriyətə uçan türk” adlı xatirələri çap olundu.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar