Xəbər lenti

Sektor müdiri Vüsal Cəfərovun rəhbərliyi ilə Goranboyda görüş keçirilib Fotolar

Tarix: 13-02-2026 23:04     Baxış: 896

13.02.2026-cı il tarixində Respublika Fənn Olimpiadasının yarımfinal mərhələsinə vəsiqə qazanmış şagirdlər, onların məktəb rəhbərləri və fənn müəllimlərinin iştirakı ilə görüş təşkil olundu.

Mubarizciler.az xəbər verir ki, görüşdə sektor müdiri Vüsal Cəfərov çıxış edərək şagirdlərin əldə etdikləri nailiyyətin təsadüfi olmadığını, bu uğurun onların əzmkarlığı, zəhməti, iradəsi və yüksək məsuliyyət hissinin nəticəsi olduğunu vurğuladı.

 O, yarımfinalçıları təbrik edərək onlara final mərhələsində uğurlar arzuladı. Tədbir panel müzakirələri, praktiki workshop sessiyaları və Respublika Fənn Olimpiadasının əvvəlki illər üzrə finalçılarının çıxışları ilə davam etdi. Görüşdə xüsusi qonaq qismində Gəncə şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyin direktoru Rəşad Qədirov və həmin liseyin məzunu Nurlan Məmmədov iştirak edirdi. Nurlan Məmmədov öz uğur yolu, qarşılaşdığı çətinliklər və qazandığı təcrübə barədə ətraflı məlumat verdi, şagirdləri daim öz üzərlərində çalışmağa və böyük hədəflər qoymağa çağırdı.

Sonda xatirə şəkilləri çəkildi və tədbir çay süfrəsi ətrafında səmimi mühitdə davam etdi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Bölgə
Fotosesiya
Çox oxunanlar