Xəbər lenti

Elçin Tağıyev: Nə vaxta qədər haqsız danışanlara göz yummalıyıq 0

Tarix: 04-03-2023 19:49     Baxış: 2 378

Əziz dostlar bu cür paylaşımı öz sosial şəbəkəm vasitəsi ilə etmək qərarına gəldim.

MUBARİZCİLER.AZ xəbər verir ki, Elçin Tağıyev öz şəxsi internet səhifəsində paylaşım edib. Paylaşımı olduğu kimi təqdim edirik.

Son zamanlar Goranboy-Naftalan rayonları üzrə Təhsil Sektorunun müdiri Xəyal Sakit oğlu Məmmədovla bağlı qəribə yazılar dərc edilir.(mənasız və əsassız)

Xayal Mammadov  tanıyanlar tanıyır.

Ləyaqətli, vicdanla xidmət edən, rəhbərinə sadiq və üzərinə düşən vəzifəsini şərəflə icra edən bir rəhbərin haqqında yazılan yazılara hansı səbəbdən susmalıyıq?!

Bu gün Goranboy rayonunda şəffaflığı, təmənnasız xidməti ilə yüksək keyfiyyətlər qazanan təşkilatlardan biri Təhsil Sektorudur.

Xəyal Məmmədovun bu sahəyə rəhbər təyin olunduqdan təhsildə həqiqətən uğurlu dönüş yaradılıb.

Goranboyda hər hansısa bir idarə rəhbəri Goranboylulara vicdanla xidmət edirsə demək olar ki, ona həqiqətən əhsən.

Xəyal müəllim də bu cür peşakar kadırlar sırasında dayanan ziyalılardan biridir.

Mən şəxsən bu rəhbərin qəbulunda olub imtiyazlı ailənin nümayəndəsinin iş ilə təmin olunmasının xahişini etmişəm. Xahişimi nəzərə alan Xəyal Məmmədov imtiyazlı ailənin nümayəndəsini təmənnasız şəkildə iş ilə təmin olunmasını həyata keçirdib.

Xəyal Məmmədovun məktəb direktoru işlədiyi dövürlərə nəzər yetirilsə həqiqətən onun bütün fəaliyyəti alqışa yayiqdir.

"Yel qayadan nə aparar" deyiblər: çörəyi ver çörəkçiyə kəlmələri bizlərə örnək olmalıdır.

Son zamanlar ictimaiyyətçi olaraq Goranboy Təhsilinin uğurlarını və inkşafını görürəm. Bizim gələcəkdə uğurlu layihələrimizə sahib olmağımızda, cəmiyyətin düzgün formalaşmasında müəllim adı və hökmünün rolu misilsizdir.

Ana, vətən, torpaq kəlmələrini bizlərə sevdirən, aşılayan kimlər olub - müəllimlərimiz.

Bu müqəddəs varlığı qorumaq, onlara dəstək olmaq qanında halal qan axanın, vicdanı pak olanın ən başlıca vəzifəsidir.

Vaxtilə Xəyal Məmmədovun şəninə "Cənab Xəyal Məmmədov" kəlmələri yazıb status paylaşanın indi dərdi nədir görəsən? Maraqlıdır...

Goranboy təhsilinə uğurlar, çətin və şərəfli işinizdə möhkəm can sağlığı arzulayıram.

Təmiz olan vicdan tarixi boyu ləkə götürməz!


     Hörmətlə; Elçin Tağıyev

Təhsil işçilərinin ən yaxın dostu.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Çox oxunanlar