Xəbər lenti

Əməkdar artist Elçin Həmidovun anım günüdür 0

Tarix: 04-03-2023 12:19     Baxış: 922


Bu gün Əməkdar artist Elçin Həmidovun vəfatından 12 il ötür.

MUBARİZCİLER.AZ xatırladır ki, Həmidov Elçin Qəzənfər oğlu 1958-ci ilin iyunun 29-da Bakıda anadan olub. Uşaq yaşlarından əvvəl atasını, sonra isə anasını itirən Elçini və bacı-qardaşlarını əmisi himayəyə götürüb. Əmisinin evində də ağır günlər yaşayan Elçinin əvvəl bacısı, sonra isə qardaşları dünyasını dəyişib.

Elçin Həmidov 1974-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında xor artisti kimi çalışıb. 1977-1981-ci illərdə İncəsənət İnstitutunun “Dram-kino aktyoru” fakültəsində Ali təhsil alıb.

1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında artist-vokalisti olub. Məlahətli səsə və məharətli aktyorluq bacarığına malik olan Elçin, klassik və müasir Azərbaycan bəstəkarlarının əsərlərində özünəməxsus maraqlı obrazlar yaradıb.

“Olmadı elə, oldu belə”də “Gülüstan”, “Boşanaq, evlənərik”də “İkram”, “Qarğa məndə qoz var”da “Zərzibonskaya”, “Qızıl gül”də “Azay”, “Beş manatlıq gəlin”də “Nadir”, “O olmasın, bu olsun”da “Rza bəy”, “Talelər qovuşanda”da “Totuş”, “Ər və arvad”da “Kəblə Qubad” rolları ilə tamaşaçıların ürəyini fəth edib.

Elçin Həmidov bariton və soprano səsə malik olub. Tanınmış sənətçiləri parodiya etməyi isə başqa bir aləm idi. Onda qadın və kişi rolları çox koloritli alınırdı. Bu mənada Elçin bənzərsiz aktyor idi.

Onun parodiyalarını uşaqdan böyüyə hər kəs çox sevərək izləyirdi. İstedadlı aktyor, həmçinin “Planet Parni iz Baku” şən və hazırcavablar klubunun əsas simalarından biri idi.

Elçin bu teatrda gözəl obrazlar yaradıb.  O cümlədən “Məhəllə 1” və “Məhəllə 2” filmlərində canlandırdığı “Məzi” obrazı gülməli olmaqla bərabər, həm də düşündürücüdür. Bundan başqa Elçin Həmidov televiziya verilişlərində də aparıcılıq edib. Onun “Tez bazar”, eləcə də mətbəx verilişləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Onun son obrazı Nikolay Vasilyeviç Qoqolun “Evlənmə” komediyasında “Yaiçnitsa”dır.

2011-ci il martın məhz bu günü aktyor 52 yaşında qəfildən dünyasını dəyişib. Elçin Həmidov Xırdalan qəbiristanlığında torpağa tapşırılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar