Xəbər lenti

Zahid İsmayıl oğlu Hacıyev dünyasını dəyişdi - FOTO 0

Tarix: 03-03-2023 16:55     Baxış: 2 095

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Optika və molekulyar fizika kafedrasının dosenti Zahid Hacıyev dünyasını dəyişib.

Bu barədə BDU-dan məlumat verilib.

Qeyd edək ki, Zahid İsmayıl oğlu Hacıyev 08 iyun 1948-ci ildə anadan olub. 1966-1969-cu illərdə BDU-nun, 1970-1973-cü illərdə isə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Fizika fakültələrində ali təhsil alıb. 1970-1973-cü illərdə MDU-nun Fizika fakültəsinin aspirantı olub. 1981-ci ildə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi, 1988-ci ildə dosent elmi adını alıb. 1988-ci ildən indiyədək BDU-nun Optika və molekulyar fizika kafedrasında dosent vəzifəsində işləyib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar