Xəbər lenti
27-01-2026, 12:43
 

Nuran Sadıqzadə polis rəisindən yazdı

Tarix: 12-01-2026 01:18     Baxış: 1 519

Şirvan Şəhəri Polis Şöbəsinin Rəisi — Polis Polkovniki Seymur Əfəndiyev

Şirvan şəhəri bu gün təkcə inkişaf edən infrastrukturu, ictimai-sosial həyatı ilə deyil, eyni zamanda əmin-amanlığın, sabitliyin və təhlükəsizliyin qorunmasında mühüm rol oynayan polis orqanının fəaliyyəti ilə də seçilir.

Mubarizciler.az xəbər verir ki  bu barədə  Nuran Sadıqzadə sosial şəbəkə platformasında paylaşlm edib.

Bu fəaliyyətin mərkəzində isə Şirvan şəhəri polis şöbəsinin rəisi, polis polkovniki Seymur Əfəndiyev dayanır. O, yalnız rəsmi vəzifə sahibi kimi deyil, eyni zamanda səmimi münasibəti, xeyirxah davranışı, insanlara doğma yanaşması ilə şəhər sakinlərinin qəlbində xüsusi yer tutan dəyərli şəxsiyyət kimi tanınır. Polis polkovniki Seymur Əfəndiyev öz fəaliyyətində hər zaman insan amilini ön planda saxlayan, vəzifəsini sadəcə xidmət deyil, vicdan borcu kimi qəbul edən rəhbərlərdən biridir. Onun sadəliyi, səmimiyyəti və təvazökarlığı ilk ünsiyyətdən hiss olunur. Rəsmi mühitdə ciddi və prinsipial, gündəlik həyatda isə qayğıkeş, anlayışlı və xeyirxah insan kimi tanınan Seymur Əfəndiyev Şirvanda polis–vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulmasına xüsusi töhfə verib. Sakinlərin problemlərinə biganə qalmaması, hər bir müraciətə diqqətlə yanaşması onu şəhər əhalisinin gözündə daha da hörmətli edib. Şirvan şəhəri polis şöbəsinin fəaliyyəti son illərdə məhz bu yanaşmanın nəticəsi olaraq daha da sistemli və effektiv xarakter alıb. İctimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə, profilaktik tədbirlərin gücləndirilməsi, gənclərlə maarifləndirici görüşlərin təşkili, risk qrupları ilə fərdi işlərin aparılması polis şöbəsinin gündəlik fəaliyyətinin əsas istiqamətlərindəndir. Bu sahələrdə əldə olunan müsbət nəticələr isə birbaşa olaraq düzgün idarəetmənin, peşəkar yanaşmanın və kollektiv ruhunun göstəricisidir. Polis polkovniki Seymur Əfəndiyevin rəhbərliyi altında Şirvan şəhəri polis şöbəsində nizam-intizam, qarşılıqlı hörmət və məsuliyyət prinsipləri xüsusi önəm daşıyır. O, əməkdaşlarına qarşı tələbkar olduğu qədər də ədalətli, qayğıkeş və anlayışlı münasibət sərgiləyir. Bu isə kollektivdə sağlam iş mühitinin formalaşmasına, polis əməkdaşlarının vəzifə borcunu yüksək məsuliyyət hissi ilə yerinə yetirməsinə şərait yaradır. Hər bir əməkdaş bilir ki, rəhbərlik tərəfindən əməyinə dəyər verilir və bu da xidmətin keyfiyyətinə birbaşa təsir göstərir. Şəhər sakinlərinin Seymur Əfəndiyevə olan sevgisi təsadüfi deyil. O, sadəlövh, ürəyiaçıq, səmimi davranışı ilə insanlarda inam yaradan nadir rəhbərlərdəndir. Qapısı hər zaman vətəndaşa açıq olan, müraciət edən hər kəsi diqqətlə dinləyən, imkan daxilində problemin həllinə çalışan bu insan obrazı Şirvanda polisə olan etimadı daha da gücləndirib. Sakinlər üçün polis artıq təkcə nəzarət edən qurum deyil, eyni zamanda çətin anda üz tutula bilən, arxalanılan bir dayağa çevrilib.

Bu gün Şirvan şəhərində ictimai sabitliyin qorunması, təhlükəsizliyin təmin edilməsi və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində görülən işlər polis polkovniki Seymur Əfəndiyevin rəhbərliyinin, şəxsi nümunəsinin və insanpərvər yanaşmasının bariz nəticəsidir. Onun fəaliyyəti sübut edir ki, polis orqanlarında peşəkarlıqla yanaşı, insanlıq, vicdan və səmimiyyət də əsas dəyərlərdən biridir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar