Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

Afiq Xudiyev dünyasını dəyişib Foto

Tarix: 02-01-2026 20:05     Baxış: 2 247

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinin həkim proktoloqu, peşəkar və dəyərli həkim Afiq Muxtar oğlu Xudiyev uzun sürən ağır xəstəlikdən sonra bu gün dünyasını dəyişib.

Mubarizciler.az xəbər verir ki, Afiq Xudiyev 1958-ci ildə Laçın rayonunda anadan olmuş, 1979–1986-cı illərdə Azərbaycan Tibb İnstitutunun Müalicə-Profilaktika fakültəsində təhsil almışdır.

 Tibb sahəsində ilk addımlarını Bakı şəhər 5 saylı xəstəxanada internatura keçməklə atan Afiq həkim, 1986-cı ildən etibarən Mingəçevir ŞMX-nın Proktologiya şöbəsində həkim-proktoloq kimi fəaliyyətə başlamış, 1995–2017-ci illərdə həmin şöbənin müdiri vəzifəsində çalışıb. 2017-ci ildən ömrünün sonuna qədər Mingəçevir ŞMX-nın Cərrahiyyə şöbəsində həkim-proktoloq olaraq fəaliyyət göstərmiş, yüksək peşəkarlığı və insanlara olan diqqət və qayğısı ilə həmkarlarının və xəstələrinin dərin hörmətini qazanıb. Afiq Xudiyevin vəfatı tibb ictimaiyyəti üçün böyük itkidir. Onun əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.

Allah rəhmət eləsin.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar