Xəbər lenti
15-09-2026, 17:52
 

Tanınmış Ağstafalı şairə-publisist Güləmail Muradın 75 illik yubileyi qeyd olunub Fotolar

Tarix: 23-12-2025 17:10     Baxış: 1 148

Əslən Ağstafa rayonunun Böyük Kəsik kəndindən olan, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Respublika Qadınlar və Dünya Türk Qadınları Cəmiyyətinin üzvü, Prezident təqaüdçüsü, şairə-publisist Güləmail Muradın 75 illiyi münasibəti ilə Ağstafa rayon Heydər Əliyev Mərkəzində yubiley tədbiri keçirilib.

Mubarizciler.az xəbər verir ki, tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, şairənin yaxınları, şəhid ailələrinin üzvləri, tanınmış sənət adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin azadlığı, suverenliyi uğrunda şəhid olan Vətən övladlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. 

Seymur Orucov Güləmail Muradı 75 illik yubileyi münasibəti ilə Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və hədiyyəsi ilə təltif edib. RİH başçısı, Azərbaycan Yazıçılar Birliyi Qazax rayon  filialının sədri, əməkdar incəsənət xadimi Barat Vüsal, Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangir, şair- publisist, Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri Vəli Qaraçaylı, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliklərinin üzvü Əzizə Ağahüseynqızı, şairin yaxını Solmaz Nağıyeva, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Gülsənəm Cəlilova, şəhid ataları, İlqar Quliyev və Nazim Yusifov, şəhid anası Mahnur Mustafayeva, şairənin oxucusu Kifayət Əlisgəndərova çıxış edərək təbriklərini çatdırıblar. Qeyd olunub ki, bir çox kitabların müəllifi olan şairənin xüsusi ilə Vətənə, qəhrəman şəhidlərimizə ithaf etdiyi əsərləri Vətənpərvərlik mövzusunda baş tutan müsabiqələrin lauratı olub, eyni zamanda həmin əsərlər gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasına da böyük töhfələr verir. Şeirləri bir neçə xarici dilə tərcümə edilib və kitab şəkilində çap olunub, sözlərinə mahnılar və marşlar bəstələnib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar