Xəbər lenti
15-09-2026, 17:52
 

Goranboyda Konfrans keçirilib Fotolar

Tarix: 18-12-2025 16:28     Baxış: 1 631

Valideyn konfransları davam edir!

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə “Valideyn konfrans”ları çərçivəsində maarifləndirici tədbirlər davam etdirilir.

Mubarizciler.az xəbər verir ki, Növbəti konfrans Goranboy şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilib.  

“Ailə içi münasibətlər və tərbiyə, təhsil prosesində valideynin rolu” mövzusunda keçirilən konfransda valideyn-məktəb əməkdaşlığının əhəmiyyəti, uşağın formalaşmasında ailənin rolu və birgə məsuliyyət məsələləri müzakirə edilib.

Konfransın əsas məqsədləri:

 Məktəb və ailə arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi  

 Valideynlərin təhsil prosesinə daha aktiv şəkildə cəlb olunması  

 Uşaqların sağlam, təhlükəsiz və hərtərəfli inkişafına dəstək göstərilməsidir.

Bu cür konfranslar valideynlərin təhsil sahəsində maariflənməsinə, övladları ilə daha effektiv ünsiyyət qurmasına və təhsil prosesinə müsbət töhfə verməsinə şərait yaradır. Valideyn konfranslarının məqsədi məktəb və məktəbəqədər təhsil müəssisələri ilə ailə arasında əməkdaşlığı gücləndirməklə uşaqların hərtərəfli inkişafını təmin etmək, valideynlərin təhsil prosesinə sistemli şəkildə cəlb olunmasını təşviq etmək və məktəb–ailə tərəfdaşlığını möhkəmləndirməkdən ibarətdir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar