Xəbər lenti
14-12-2025, 18:41
 
13-12-2025, 15:59
 

Göygöldə Mədəniyyət müəssisələrinin rəhbərləri ilə görüş keçirilib Fotolar

Tarix: 17-12-2025 18:34     Baxış: 721

Göygöldə Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun mədəniyyət müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

Mubarizciler.az xəbər verir ki, Görüşdə RİH-nin başçısı, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi iştirak edib.

Çıxışlarda ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqımızın milli-mənəvi, tarixi, mədəni irsinin qorunması ilə bağlı gördükləri işlərin hər bir vətəndaş üçün örnək olduğu vurğulanıb. Heydər Əliyev Fondu tərəfindən mədəniyyətimizin beynəlxalq miqyasda təbliği istiqamətində görülən məqsədyönlü işlərdən danışılıb. Göygölün mədəni həyatının zəngin ənənələrinə diqqət çəkilib, tarixi-mədəniyyət abidələrinin qorunması istiqamətində görülən işlər qeyd edilib. Mədəniyyət işçiləri çıxışlarında hərtərəfli dövlət qayğısına əsaslanaraq və qalib ölkənin vətəndaşları olaraq, yeni ideyalarla, layihələrlə çıxış etmək üçün şərait yaradıldığına görə təşəkkürlərini bildiriblər. Görüş zamanı təklif, müraciət və mədəniyyət sahəsinə aid fikirlər səsləndirilib. Çıxış edənlər mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğıya, səmimi münasibətə görə ölkə rəhbərinə minnətdarlıqlarını ifadə ediblər. Rayonun mədəniyyət müəssisələrinin mövcud vəziyyəti dərindən təhlil edilib, fəaliyyət istiqamətlərinin səmərəliliyinin artırılması, muzeylərin işinin müasir tələblər səviyyəsində təmin olunması kimi məsələlərdən danışılıb. Bu sahədə vətəndaşlara göstərilən xidmətlərin yüksək səviyyədə olması üçün hər bir mədəniyyət işçisinin üzərinə mənəvi məsuliyyət düşdüyü vurğulanıb və onlara fəaliyyətlərində uğurlar arzulanıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar