Od Çərşənbəsi Mədəniyyət işçilərinin təşkilatçılığı ilə Şəhid ailəsində qeyd edildi - FOTO 0
Od Çərşənbəsi Mədəniyyət işçilərinin təşkilatçılığı ilə Şəhid ailəsində qeyd edildi.
MUBARİZCİLER.AZ xəbər verir ki, Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy Rayon Mədəniyyət Mərkəzinin Kələk, Şıxlar, Qarasuçu, Qırıxlı, Nadirkənd, Həmənli və Balakürd kənd Mədəniyyət Evi və Klubların birgə təşkilatçılığı ilə Goranboy rayon Qızılhacılı qəsəbə sakini, 44 günlük Vətən müharibəsinin Şəhidi Nofəl Xaliq oğlu Nuriyevin ailəsi ziyarət edilərək Od Çərşənbəsi qeyd edildi.
Mədəniyyət işçisi Elçin Tağıyev bayram münasibəti ilə Şəhid ailəsini ürəkdən təbrik etdi.
Şəhidlərimizə uca Allahdan rəhmət, ailəsinə səbr dilədi.
Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda 44 günlük Vətən müharibəsində yüzlərlə Goranboylu gənclərin qəhrəmanlıqla döyüşdüyünü, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu qeyd edən Elçin Tağıyev bildirmişdir.
Çıxış edən mədəniyyət işçiləri tarixi Qələbənin şəhidlərin qanı bahasına əldə edildiyini vurğulayıb və belə vətənpərvər, mərd, şücaətli övladlar böyütdüklərinə və övladlarının şəhadətə yüksəlmə xəbərini qürur hissi ilə qarşıladıqlarına görə şəhid ailələrinə təşəkkürlərini bildiriblər.
Dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını və şəhid ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacağını diqqətə çatdırılıb.
Bildirdi ki, Möhtətəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Goranboy rayonunda da Şəhid ailələrinə daim diqqət və qayğı göstərilir.
Çıxış edən şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə başçsı cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Eyni zamanda əziz və müqəddəs bir gündə Şəhid ailəsini ziyarət edərək, onların sevincinə şərik olduqları və ailələrini ziyarət etdikəlri üçün Mədəniyyət işçilərinə təşəkkürünü bildirdi.
Sonda Şəhid ailəsində Od Çərşənbəsi münasibəti ilə bayram tonqalı yandırıldı.
Xəbəri paylaş