Xəbər lenti
27-01-2026, 12:43
 

Göygöldə Rumıniyanın Milli Günü konsertlə qeyd edilib Fotolar

Tarix: 04-12-2025 20:03     Baxış: 875

Öncə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı və Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb xatirəsini ehtiramla anıblar.

Mubarizciler.az xəbər verir ki, Göygöldə Rumıniya Milli Gününə həsr olunan folklor gecəsi təşkil edilib. Tədbir Göygöl Rayon İcra Hakimiyyətinin və Mədəniyyət Nazirliyinin birgə dəstəyi ilə keçirilib. Rumıniyanın Fokşani şəhərinin ”Tara Vrancei” peşəkar folklor ansamblının ifasında rumın rəqsləri, milli musiqiləri və ənənəvi geyimləri təqdim edilib. Rayon Mədəniyyət Mərkəzində keçirilən konsert Rumıniya folklorunun zəngin mədəni irsini tanıtmaq məqsədi daşıyıb. 

Tədbirdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Rumıniyadan olan ansamblın Göygöldə çıxışının multikultural dəyərlərin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb. Bu kimi tədbirlərin iki ölkə arasında dostluq münasibətlərinin inkişafına töhfə verəcəyini deyib. Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu, ötən dövrlər ərzində Möhtərəm cənab Prezident İlham Əliyevin uzaqgörən siyasi fəaliyyəti nəticəsində əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayaraq iki ölkə arasında siyasi, iqtisadi həmçinin humanitar əməkdaşlığın mədəniyyət sahəsində də inkişafını diqqətə çatdırıb. Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vasile Soare çıxışında dinamik inkişaf edən Rumıniya-Azərbaycan dostluq əlaqələrinə toxunub. Mədəni əməkdaşlığın xalqları daha da yaxınlaşdırdığını söyləyərək bu konsertin Rumıniya Milli Gününə böyük töhfə olduğunu diqqətə çatdırıb. Səfir göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib.   

Göygöl mədəniyyət mərkəzində keçirilən tədbirdə ansamblın çıxışı rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar