Xəbər lenti
25-07-2026, 19:27
 

Hacıqabulda Polisin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib Fotolar

Tarix: 28-11-2025 18:44     Baxış: 1 071

Zərərli vərdişlərə qarşı birlikdə mübarizə aparmalıyıq.

Hacıqabul Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Navahi qəsəbə 2 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Mubarizciler.az xəbər verir ki, görüşdə çıxış edən RPŞ-nin rəisi polis polkovnik-leytenantı Anar Xəlilov narkotik maddələrin insan sağlamlığı və gələcəyi üçün ciddi təhlükə yaratdığını, bu bəlanın aludəçisinə çevrilən hər bir gəncin cəmiyyətdən uzaqlaşaraq həyatını məhv etdiyini bildirib. Erkən nikahların fəsadları mövzusunda da çıxış edən şöbə rəisi, yeniyetmə vaxtlarında gənclərin ailə qurmasının qanunla qadağan olunduğunu, bu cür halların gənclərin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd edib. Tədbir zamanı daxili işlər orqanlarında xidmət etmək həvəsində olan məktəblilərə Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı ətraflı məlumatlar verilib, həmçinin Polis Akademiyasının tarixi və daxili işlər orqanlarında xidmətin şərəfliliyi barədə çıxışlar edilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar