Xəbər lenti

Şuşa Fatehi General-leytenant Hikmət Mirzəyevin ad günüdür 0

Tarix: 28-02-2023 21:03     Baxış: 1 469

Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandanı, general-leytenant Hikmət Mirzəyevin 55 yaşı tamam olur.

MUBARİZCİLER.AZ xəbər verir ki, Hikmət Mirzəyev 29 fevral 1968-ci ildə Biləsuvarda anadan olub. O, Birinci və İkinci Qarabağ müharibələrində iştirak edib.

1992-ci ildə Xocalıda Fərrux yüksəkliyini azad etmək üçün aparılmış hücum əməliyyatında kapitan kimi döyüşüb. 33 yaşı olarkən ümummili lider Heydər Əliyev tərəfindən general-mayor ali hərbi rütbəsinə layiq görülüb.

2018-ci ldə Azərbaycan Ordusunun 100 illiyi münasibəti ilə keçirilən hərbi parada məhz general Mirzəyev başçılıq edib.

Aprel döyüşlərinin və Vətən müharibəsindəki döyüş əməliyyatlarının əsas hərbi rəhbərlərindən olan Mirzəyev Cəbrayıl və Şuşanın işğaldan azad edilməsinə komandanlıq edib.

II Qarabağ müharibəsinin gedişində Prezident İlham Əliyev ona general-leytenant rütbəsi verib. Hikmət Mirzəyev “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

XTQ də elə məhz Hikmət Mirzəyevin öz təşəbbüsü ilə yaradılıb. XTQ döyüşçüləri Vətən Müharibəsi zamanı Cəbrayıl şəhərini və ətrafdakı doqquz kəndi işğaldan azad edib. Şuşa əməliyyatında isə XTQ məhz yaxın döyüş bacarıqlarının üstünlüyü sayəsində düşməni şəhərdən çıxarmağı bacarıb.

Müharibədəki taktiki qələbələrin bir çoxu Xüsusi Təyinatlı Qüvvələrin yerdəki mövqelərindən hədəf koordinatları təmin edən, şəhərə girən və Ermənistan ordusunu şəhərin mərkəzindən sıxışdıran diversant qrupları sayəsində əldə olunub. II Qarabağ müharibəsində general Mirzəyevin rəhbərliyi altında Azərbaycanda ilk dəfə olaraq bütün xüsusi təyinatlı birləşmələrin gücündən aktiv şəkildə istifadə edilib.

Təbrik edirik!







Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Çox oxunanlar