Xəbər lenti
18-11-2024, 12:06
 

12 yaşı olarkən atası dunyadan köçüb bir neçə il muzdurluq edən aşıq Əsəd 0

Tarix: 28-02-2023 00:42     Baxış: 2 401

Aşıq Əsəd 1874-cü ildə Göyçə mahalının Qaraqoyunlu kəndində anadan olub. Atası Koxa Əhməd Rza oğlu Tovuzun Bozalqanlı kəndindən olub. 

12 yaşı olarkən atası dunyadan köçur və o bir neçə il muzdurluq edir. Sonra Aşıq Ələsgərə 4 il şəyird olur. Aşıq Ələsgərdən mukəmməl dərs aldıqdan sonra özu şəyird göturub məclislər keçirir. Əsəd 1918-ci ildə daşnaq ordusunun zabiti Selikovun öldurulməsində gunahkar bilinib, qardaşı Aşıq Məhəmmədlə birgə həbsə alınır. 

Göyçədə Musavat özəyinin köməyi ilə həbsdən qaçırılır. 1921-ci ildə Qızıl Ordu sıralarında banditizmə qarşı mübarizədə iştirak edir. O, uzun muddət Tovuz, Qazax qəzalarında yaşadıqdan sonra 1932-ci ildən Tovuz mahalının Bozalqanlı kəndində məskunlaşır. Aşıq Əsəd 1928-ci ildə aşıqların I qurultayında yuksək ifaçılığa görə birinci mukafata layiq görulub. O, 1930-1940-cı illərdə Azərbaycan SSR-də kecrilən incəsənət tədbirlərində iştirak edən ən fəal aşıqlardan biri olub və mukafatlar alıb. 

Folklorçu H.Əlizadə "Koroğlu" dastanının bir necə qolunu, xalq dastanlarından bir coxunu Aşıq Əsədin dilindən yazıya alıb. Aşıq Əsəd aşıq havalarının istifadə olunan butun numunələrindən istifadə edir, hətta unudulanları bərpa edir. Məhz onun bu zəngin biliyinə görə Göyçənin, Tovuzun, Qazağın, Şəmkirin bir çox aşıqlarının yetişməsində Aşıq Əsədin böyuk rolu olmuşdur.

Aşıq Əsəd yaradıcı aşıq idi. Onun zil səsi, fasiləsiz zəngulələri, Koroğlusayağı nərəsi 30-luq lampanı söndürürdü. Bir neçə gün dalbadal səs tonu dəyişmədən oxuyurdu. Aşıq Əsəd həm də şair-aşıq idi. Onun yüzlərlə qoşma və gəraylıları aşıqların dilindən düşməmişdir. 

Aşığın 1939 və 1974-cu illərdə "Şeirlər" kitabı çap olunmuşdur. Bu şeirlər onun ədəbi irsinin bir qismidir. Çox fəal sənətkar olan Əsəd, hətta gördüyü, mütəəssir olduğu hadisəyə oradaca telli sazın avazı ilə söz qoşub oxuyardı. Aşiqanə lirik şeirləri ilə yanaşı, xalqın həyatını tərənnüm edən bir sıra şeirlər də yazmışdır. 1895-ci ildən müstəqil aşıqlıq etmiş, el arasında ustad sənətkar kimi tanınmışdır

1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünün iştirakçısı olmuş, "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.

Aşıq Əsəd 1951-ci il aprelin 27-də vəfat etmişdir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar