Xəbər lenti
15-09-2026, 17:52
 

Goranboyda İsgəndər Səklikovun 70 illik yubileyinə həsr olunmuş tədbir keçirildi Fotolar

Tarix: 01-11-2025 11:11     Baxış: 1 351

Goranboyda şair, yazıçı-publisist İsgəndər Səklikovun 70 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

Goranboy rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Goranboy Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Goranboy şəhər  Mədəniyyət Mərkəzində şair, yazıçı-publisist, əməkdar müəllim İsgəndər Fərhadoğlunun (Səklikovun) 70 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

Mubarizciler.az xəbər verir ki, Tədbirdə, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, ictimai fəallar, Azərbaycan yazıçılar və jurnalistlər birliyinin üzvü,  Goranboy  Ensiklopediyasının müəllifi, yazıçı-publisist Vəsimə İsmayılqızı,  digər ziyalılar  və yubilyarın ailə üzvləri iştirak etdilər. Tədbirdə, yubilyar barədə  müxtəlif məzmunlu çıxışlar dinlədildi, mədəniyyət və incəsənət nümayəndələrinin ifalarında  bədii musiqili proqram təqdim olundu.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar