Hacıqabulda “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib Foto

Hacıqabul Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Qarasu kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Mubarizciler.az xəbər verir ki, görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Anar Xəlilov respublikamızda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizədən və əldə olunan nəticələrdən bəhs edib. Əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni effektiv şəkildə təmin etmək məqsədilə bu cür maarifləndirmə tədbirlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu bildirən şöbə rəisi gənc nəslin sağlam böyüməsinin, valideynlərinin etimadını doğrultmasının və Vətənə layiqli övlad kimi yetişməsinin önəmindən danışıb.
Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb və narkotiklərin insan sağlamlığına vurduğu zərərləri əks etdirən videoçarx nümayiş etdirilib.

Xəbəri paylaş








































0772703001 