Xəbər lenti
27-01-2026, 12:43
 

Ağstafada Üzeyir Hacıbəylinin 140 illiyi münasibəti ilə "O olmasın, bu olsun" musiqili komediya tamaşası nümayiş etdirilib Fotolar

Tarix: 22-09-2025 18:09     Baxış: 826

Ağstafada dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi münasibəti ilə "O olmasın, bu olsun" musiqili komediya tamaşası nümayiş etdirilib

Mubarizciler.az xəbər verir ki, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi Ağstafa şəhər Hüseyn Arif adına musiqi məktəbinin təqdimatında dahi bəstəkar, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin 140 illiyi münasibəti ilə Ağstafa rayon Mədəniyyət Mərkəzində "O olmasın, bu olsun" musiqili komediya tamaşası nümayiş etdirilib. Tamaşaçılar sırasında Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər və ictimaiyyət nümayəndələri yer alıblar.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən, 18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi təsis olunub. Prezident İlham Əliyevin 2025-ci ildə imzaladığı Sərəncama əsasən, musiqişünas-alim, publisist və ictimai xadimin yubileyi münasibətilə ölkəmizin müxtəlif şəhər və rayonlarında silsilə tədbirlər keçirilir. Konsertlər, tamaşalar, sərgilər, elmi simpoziumlar təşkil olunur.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar