Xəbər lenti
15-09-2026, 17:52
 

Ağstafada şəhid Elşən Piriyevin xatirəsinə həsr olunmuş “Yadigar şeirlər” kitabının təqdimatı olub Fotolar

Tarix: 19-09-2025 20:31     Baxış: 1 204

Ağstafada şəhid ailələrinin üzvləri ilə növbəti görüş keçirilib, şəhid Elşən Piriyevin xatirəsinə həsr olunmuş “Yadigar şeirlər” kitabının təqdimatı olub.

Mubarizciler.az xəbər verir ki, Ağstafa şəhəri, “Yazıçılar Evi”ndə keçirilən tədbirdə RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə strukturlarının rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri iştirak ediblər.

Görüşü giriş nitqi ilə açan RİH başçısı qeyd edib ki, Azərbaycanın milli tarixində yeni bir mərhələni ifadə edən 20 sentyabr – Dövlət Suverenliyi Günü xalqımızın ən böyük sərvəti, milli dövlətçiliyimizin təminatıdır.  Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasını qətiyyətlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüz tam təmin olundu, sərhədlərimiz üzərində, o cümlədən bütün ərazilərimizdə müqəddəs bayrağımız qürurla dalğalanır. Bu nailiyyətlər dövlətimizin və xalqımızın sarsılmaz iradəsi, qəhrəman əsgər və zabitlərin fədakarlığı, şəhidlərin müqəddəs qanı bahasına əldə olundu. Hər bir azərbaycanlı bu günlə qürur duyur, gələcəyə inamla baxır və dövlət suverenliyini daim qoruyacağını bütün dünyaya bəyan edir. “Yadigar şeirlər” kitabının redaktoru Saqif Qaratorpaq Vətən müharibəsinin qəhrəman şəhidi Elşən Şəfalət oğlu Piriyevin keçdiyi şərəfli ömür və döyüş yollarından söz açaraq qeyd edib ki, kitabın əsas mövzuları Vətən sevgisi, torpağa bağlılıq, xeyirxahlıq və insana rəğbətdir. Görüşdə çıxış edən şəhid ailələrinin üzvləri dövlətimiz tərəfindən şəhid ailələrinə, eləcə də bu kateqoriyadan olan vətəndaşlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar