Elçin Tağıyev: Xocalı bəşəriyyətə və insanlığa qarşı törədilmiş ən amansız cinayət hadisəsi 0
Xocalı bəşəriyyətə və insanlığa qarşı törədilmiş ən amansız cinayət hadisəsi
İndiyə qədər bəşər tarixində çoxsaylı insanın qətli ilə nəticələnən cinayət hadisələri, soyqırımlar törədilmişdir. Bu soyqırımları içərisində ən amansız, ən qəddar, qeyri insani cəza üsulları ilə törədilən cinayət hadisəsi isə Xocalı soyqırımı olmuşdur. Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil həm də bütün türk dünyasına , eyni zamanda bəşəriyyətə qarşı törədilmiş cinayət hadisəsidir. Bəs bu cinayəti törətməklə erməni millətçiləri, vandalları nəyi sübut etməyə çalışmışdılar. Təbii ki öz qəddarlıqlarını, vəhşi və qaniçən xislətlərini, həm də türk dünyasına olan kin və küddurətlərini. Xocalı faciəsindən 31 il ötsə də Xocalı soyqırımının qurbanları unudulmamış, faciənin bəşəriyyətə tanıdılması istiqamətində mühüm addımlar atılmış, ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək üçün bir çox mühüm qərar və sərancamlar verilmişdir. Belə ki, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi 1994-cü il fevral ayının 24-də "Xocalı soyqırımı günü haqqında" qərar qəbul etmiş, Ulu öndərin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımının qurbanlarının xatirəsini yad etmək üçün fevral ayının 26 - sı saat 17 00 sükut dəqiqəsi elan edilmiş, Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması üçün Heydər Əliyev Fondunun vitse prezidenti hörmətli Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə "Xocalıya ədalət beynəlxalq maarifləndirmə kampaniyası başladılmışdır. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100-minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir.
Xocalı soyqırımından illər ötsə də soyqırım qurbanlarının, günahsız öldürülən qız - gəlinlərin, qoca və körpələrin qanı yerdə qalmamış, 2-ci Qarabağ, 44 günlük Vətən müharibəsində müzəffər Azərbaycan ordusu Ali Baş komandanın rəhbərliyi altında işğalçı Ermənistan ordusunu tamamilə darmadağın edərək Azərbaycan xalqının qisasını xain düşməndən almışdır. Xocalı soyqırımı zamanı həlak olan bütün soydaşlarımıza uca Allahdan rəhmət diləyir, onların əziz xatirəsini ehtiramla anırıq. Ruhları şad olsun.
Minilliklər ötsə də Xocalı soyqırımının qurbanları unudulmayacaq, xalqımızın yaddaşında daimi olaraq yaşayacaqdır.
Elçin Tağıyev,
YAP Goranboy rayon təşkilatının fəalı.
Xəbəri paylaş