Xəbər lenti
15-09-2026, 17:52
 

Rüstəm Nağıyev: “Goranboyda yas mərasimləri ilə bağlı tədbirlər görüləcək, maarifləndirmə işləri aparııacaq”

Tarix: 11-08-2025 16:59     Baxış: 1 729

Son günlərdə yas mərasimlərində hazırlanan yeməklərin çoxluğu və bununla bağlı israfçılıq məsələsi ciddi müzakirələrə səbəb olub. Nəticədə Azərbaycanın bəzi rayonlarında yas mərasimlərində ehsan kimi isti yeməklərin verilməsi yığışdırılıb. Bəzilərində isə bunun yığışdırılması fonunda tədbirlər görülür. Həmin rayonlardan biri də Goranboydur. Məsələ ilə bağlı Sahibkarlar Konfederasiyasının Goranboy rayonu üzrə nümayəndəsi Rüstəm Nağıyevlə əlaqə saxladıq. R.Nağıyev saytımıza açıqlamasında bildirdi ki, Goranboyda da artıq bu istiqamətlərdə işlər davam etdirilir: “Bu məsələ olduqca aktual bir mövzuya söykənir. Bərdə, Samux kimi qonşu rayonlarda, həmçinin Mingəçevir şəhərində yaxın günlərdə bu proses artıq həyata keçirilib. Rayonumuzda isə artıq 3 kəndində yas mərasimlərindəki ehsanlar yığışdırılıb. Digər kəndlərə də bu şamil olunacaq. Məsələni rayonumuzun Ağsaqqallar Şurasının sədri Rəddin Məmmədovla müzakirə etdik. O, bu prosesdə bizə yaxından kömək edəcəyini vurğuladı. Yaxın günlərdə rayonumuzda ictimai fəallarla birgə tədbir qurulacaq. Və tədbirdə kənd ağsaqqalları ilə birgə görüş keçiriləcək. Bununla əlaqədar ictimaiyyətə məlumat verəcəyik. Rayon sahibkarları və rayon ağsaqqalları ilə birgə bu mövzunu artıq aktuallaşdırıb maarifləndirmə işlərinə başlayacağıq. İnanırıq ki, rayonumuzun ziyalı şəxsləri tərəfindən bu mövzu ictimailəşəcək.

Düşünürük ki, Goranboy rayonu da qonşu rayonlardakı tədbirlərə qoşularaq yas mərasimlərindəki ehsanların yığışdırılmasına nail olacaq”.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar