Xəbər lenti
25-07-2026, 19:27
 

Polis təbiətin də keşiyindədir

Tarix: 14-07-2025 15:45     Baxış: 1 288

Polis əməkdaşları tərəfindən digər müvafiq dövlət qurumları ilə birgə ətraf mühitin mühafizəsi və Xəzər dənizinin sahilboyu ərazilərində ekoloji sabitliyin təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.

Mubarizciler.az ın məlumatına görə, növbəti tədbirlər zamanı Lənkəran rayonu ərazisində yerləşən bir neçə istirahət mərkəzində çirkab suların dənizə axıdılması, meşə fondu ərazisində torpağın üst münbit qatının korlanması, həmin ərazidə 2 ədəd palıd ağacının zədələnməsi və atmosfer havasına zərərli maddələrin atılması müəyyən edilib. Həmçinin, davam etdirilən tədbirlərlə rayonun Kənarmeşə, Şilavar və Sütəmurdov kəndlərində isə tullantı sularının kənara təyinatsız axıdılması və məişət tullantılarının təyin olunmuş yerlərdən kənara atılması aşkar edilib. 

Həmin istirahət mərkəzlərinin məsul şəxsləri və işçiləri də daxil olmaqla 6 nəfər barəsində inzibati protokollar tərtib edilib. 

Paytaxtın Xəzər, Qaradağ, Xətai və Suraxanı rayonlarında keçirilən tədbirlər zamanı isə məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması halları müəyyən edilib və ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə 8 nəfər barəsində inzibati tədbir görülüb.

Ekoloji mühitin qorunması məqsədi ilə polis əməkdaşları tərəfindən ölkəboyu nəzarət-profilaktik tədbirlər davam etdirilir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar