Xəbər lenti

Gəncə-Daşkəsən RTİ-nin müdiri Elçin Kərimov

Tarix: 11-07-2025 22:00     Baxış: 623

 Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəhbərini yaxından tanıyaq. 

Mubarizciler.az xatırladır ki, Kərimov Elçin Vaqif oğlu 1997-2001-ci illərdə Bakı Dövlət Universitetinin coğrafiya, 2008-2011-ci illərdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi ixtisasını bitirib. 2001-ci ildən pedaqoji fəaliyyətə başlayıb, Oğuz rayonu Qumlaq kənd tam orta məktəbində coğrafiya müəllimi olaraq işləyib. Daha sonra Oğuz rayonu Gənclər və İdman İdarəsinin rəis müavini, 2008-ci ildə Oğuz Rayon Təhsil Şöbəsinin müdir müavini, 2011-2019-cu illərdə isə Oğuz Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb. 2019-2022-ci illərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil müəssisəsinin təşkili və idarəolunması şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb. Təhsil nazirinin əmri ilə Elçin Kərimov 2022- ci il 4 may tarixindən 2024-cü il 30 oktyabr tarixinədək Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb. 30 oktyabr 2024-ci il tarixdə Emin Əmrullayevin müvafiq əmri ilə Kərimov Elçin Vaqif oğlu Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müdir təyin edilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar