Xəbər lenti

Yevlaxda Mədəniyyətin ilk qadın kamança ifaçısı Hüseynova Sürəyyə ilə görüş keçirilib Fotolar

Tarix: 12-06-2025 22:42     Baxış: 420

11 iyun 2025-ci il tarixdə Mərkəzi Kitabxana Sistemində Respublikanın Əməkdar Mədəniyyət İşçisi Zöhrə Adgözəlovanın “ Yada düşər xatirələr” rublikası altında 70-ci illər Yevlax Mədəniyyətinin ilk qadın kamança ifaçısı Hüseynova Sürəyyə Hüseyn qızı ilə görüş təşkil olundu.

Mubarizciler.az xəbər verir ki, görüşdə şəhər ictimaiyyəti nümayəndələri və Mədəniyyət işçiləri iştirak edirdilər.Tədbiri giriş sözü ilə Zöhrə Adgözəlova  açaraq  tədbirin mahiyyəti barədə qonaqları məlumatlandırdı.Sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xarəsi bir dəqiqəlik sükutla yad edildi.

Aparıcı Zaur Qurbanov ilk musiqi nömrəsini elan etdi.Tarda Şakir Qədirov, kamança İlqar Nəcəfov, səkkizinci muğam müsabiqəsinin lauriatı, xanəndə Sabir Hüseynovun ifaları tədbirə xoş əhval ruhiyyə yaratdı. Mügənnilər Xan Quliyev, Ruslan Quliyevin ifalarını tədbirə yeni rəng qatdı.

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi Yevlax şəhəri üzrə Nümayəndə Günel Cəfərova, şəhər Mədəniyyət Mərkəzinin direktoru Aygun Qasımova və digər natiqlər Vahid Şırınov, bəstəkar şairə Sevinc Mansurova, musiqiçilər Rəşid Bağırov,Vüsalə Səfərəliyeva, Fatma Nəbiyeva, Xalq Teatrının rejissoru Leyla Abdullayeva çıxış edərək Sürəyyə xanıma can sağlığı və yaradıcılıq uğurları arzuladılar. 

Sonra Sürəyyə xanima söz verildi.Sürəyyə xanım sevinc göz yaşları ilə fikirlərini  dilə gətirdi. Ona göstərilən ehtimada görə əməyi keçən hər kəsə,ən öncə tədbirin təşkilatçısı Zöhrə Adgözəlova öz təşəkkürünü bildirdi. Sevdiyi kamanı ilə gözəl müsiqi ifalarını tamaşaçılara ərməğam etdi.Sonda tədbir içtirakçıları  Respublikanın Əməkdar Mədəniyyət İşçisi Zöhrə Adgözəlovanın  təşkilatçılığı ilə ərsəyə gələn bu yeni lahiyyə üçün  təşəkkür etdilər. Yaddaşlara həkk olunan bir gün hədiyyələr və gül yağışı ilə sona yetdi.Sonda xatirə şəkli çəkildi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar