Uşaq evində böyüyən Şəhid Əmrah Rəcəbovun anım günüdür 0
23 Fevral Uşaq evində böyüyən Şəhidin anım Günüdür
MUBARİZCİLER.AZ xəbər verir ki, Əmrah Rəcəbov 11 dekabr 2000-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuşdur. Kiçik yaşlarında atasını itirmişdir. Anası tərəfindən Gəncə şəhərində yerləşən internat tipli məktəbə verilmişdir.
Orta təhsilini Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbində alır. Gəncə İnternat məktəbindən məzun olduqdan sonra, dövlət tərəfindən Masazır məzunlar evindən ev hədiyyə olunur. 2019-cu ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin sıralarında həqiqi hərbi xidmət keçmək üçün orduya çağrılmışdır.
Xidməti fəaliyyətini Beyləqan rayonunu N saylı hərbi hissəsində icra etmişdir. 2020-ci ilin 27 sentyabr tarixində İkinci Qarabağ müharibəsinin başlmasından sonra Füzuli əməliyyatına cəlb olunmuş və Füzuli rayon mərkəzinin azad edilməsi uğrunda aparılan şiddətli döyüşlərdə iştirak etmişdir.
Əmrah Rəcəbov 2020-ci ilin 8 oktyabr tarixində Füzuli əməliyyatının gedişatında yaralanmış əsgər yoldaşını, döyüş mövqeyindən çıxartmağa çalışarkən yaxınlığına düşən mərmi nəticəsində şəhid olmuşdur. Uzun müddət itkin olaraq axtarılan Əmrah Rəcəbovun nəşi 23 fevral 2021-ci ildə tapılmış və Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
İlhamə Qasımova
Mubarizciler.az xəbər portalının təsisçisi.
Xəbəri paylaş