Xəbər lenti
15-09-2026, 17:52
 

Sabirabad Polisi əməliyyat keçirdib Fotolar

Tarix: 07-06-2025 23:48     Baxış: 1 379

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Mubarizciler.az DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, Şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olan Mətləb Məmmədov saxlanılıb. Onun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 621 ədəd çətənə kolu və 500 qram marixuana aşkarlanıb.

Şöbə əməkdaşları tərəfindən eyni istiqamətdə keçirilən digər tədbirlər zamanı Elcan Nəzərov, Fazil Ələkbərov və Vüsal Təhməzov da saxlanılıblar. Həmin şəxslərə məxsus həyətyanı sahələrdən isə ümumilikdə 250 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar