Xəbər lenti
15-09-2026, 17:52
 

Yevlaxda Bəstəkar, şairə Sevinc Mansurova bəstəsinin işığı adlı tədbir keçirilib FOTOLAR

Tarix: 23-05-2025 18:38     Baxış: 1 666

Yevlax şəhər Mədəniyyət Mərkəzinin filialı Şəhər Yaradıcılıq evində Bəstəkar, şairə Sevinc Mansurova bəstəsinin işığı adlı tədbir keçirilib

 Mubarizciler.az xəbər verir ki, Yevlax şəhər Mədəniyyət Mərkəzinin filialı Şəhər Yaradıcılıq evində Respublikanın Əməkdar Mədəniyyət işçisi Zöhrə Adgözəlovanın təşkilatçılığı ilə" Qonağım var" " Yevlaxla tanınanlar, Yevlaxı tanıdanlar" layihəsi adlı tədbir təşkil olunub.

 Tədbirinin təşkilatçı və rəhbəri Z. Adgözəlova giriş sözü ilə tədbirin açıq elan edərək, tədbirin mahiyyəti barədə tədbir iştirakçılarına məlumat verərək,qonaqları salamlayıb.

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anıldıqdan sonra söz şerə-musiqiyə verildi. Daha sonra tamaşaçıların alqışları ilə səhnəmizin qonağı, bəstəkar - şairə Sevinc Akif qızı Mansurova səhnəyə dəvət aldı.

Müğənnilər H. Mirzəyev, X. Sarıyev, G. Kamal, X. Quliyev, İ, Məmmədov, O. Əkbərov, R. Hüseynov, R. Quliyev və S. Hüseynovun mahnıları proqramı rövnəqləndirdi. Aktyorlardan S. Mustafayeva, E. Babayeva, F. Həsənova, aparıcı L. Abdullayeva və Zaur Qurbanovun çıxışları ilə bir-birini əvəzlədi. Musiqiçilər M. Əliyevin, Q. Qasımov, M. Nəbiyev, R, Rüstəmov, Ə. Abbasov, H. Əsədzadənin ifaları alqışlarla qarşılandı.

Səhnə çiçək yağışına büründü. Tədbir asanlıqla başa çatdı. 

Bizdə Mubarizciler.az informasiya portalının bütün yaradıcı kollektivi adından dəyərli Bəstəkar, şairə, kulturoloq Sevinc Mansurovaya uğurlar arzulayırıq!




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar