Xəbər lenti
25-07-2026, 19:27
 

ABŞ mətbuatı Xocalı faciəsindən yazdı 0

Tarix: 22-02-2023 13:44     Baxış: 1 558

ABŞ-ın “Dakota County Tribune” və “Sun This Week” qəzetlərinin Minnesota ştatının Farminqton və Roseville, Börnsvil və Lakeville şəhərlərini əhatə edən nəşrlərində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar məlumat dərc edilib.

“Unudulmaz Xocalı” və “Biz xatırlayırıq!” başlıqları ilə təqdim olunan məlumatda 1992-ci il fevralın 26-da azərbaycanlılara qarşı bir gecədə törədilmiş faciəyə diqqət cəlb edilib. Təcavüzkarın Ermənistan olduğu, 613 azərbaycanlının bir gecədə qətlə yetirildiyi, onların arasında 106 qadının, 63 uşağın, 70 ahıl şəxsin olduğu, 1275 nəfər azərbaycanlının girov götürüldüyü nəzərə çatdırılıb. Burada yerləşdirilən //azamn.org vasitəsilə oxuculara Xocalı soyqırımı barədə ətraflı məlumat verilir. 

Xocalı faciəsinin geniş oxucu kütləsinə çatdırılması məqsədilə yerli sakinlərə qəzetlər paylanılıb və məlumat bu nəşrlərin elektron versiyalarında da yerləşdirilib.

Qeyd edək ki, bu təşəbbüs Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və ABŞ-ın Minnesota ştatında fəaliyyət göstərən Amerika Azərbaycan Minnesota Assosiasiyasının rəhbəri Günel Krişnanın təşkilatçılığı ilə həyata keçirilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar