Xəbər lenti

İsmayıl Qarayevin ev-muzeyində “Bir toxunuş, min dəyər” adlı tədbir keçirilib FOTOLAR

Tarix: 18-05-2025 12:28     Baxış: 1 785

Gəncə–Daşkəsən Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin nümayəndələri SSRİ Yazıçılar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış yazıçı İsmayıl Qarayevin Goranboy rayonunun Tapqaraqoyunlu kəndində yerləşən ev-muzeyinə ekskursiya ediblər.

Mubarizciler.az xəbər verir ki, ekskursiya çərçivəsində 18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə “Bir toxunuş, min dəyər” adlı tədbir keçirilib.

Ekskursiya iştirakçıları, əvvəlcə Azərbaycanın Milli Qəhrəmanı Niyazi Aslanovun adını daşıyan məktəbin qarşısında yerləşən büstünü, eləcə də Birinci və İkinci Qarabağ müharibələri şəhidlərinin və itkinlərinin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək önünə tər çiçəklər düzüb, xatirələrini ehtiramla yad ediblər.

Sonra yazıçı İsmayıl Qarayevin vaxtilə yaşayıb-yaratdığı ev-muzeyini ziyarət edən qonaqlar onun mənzili, iş otağı, kitabxanası, ailə şəkilləri və şəxsi əşyaları ilə tanış olublar. Burada onlara yazıçının həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib.

Tədbirdə Tapqaraqoyunlu kənd tam orta məktəbinin direktoru Sevinc Abbasova və müəllim Rübabə İsmayılova çıxış edərək 18 May – Beynəlxalq Muzeylər Gününün əhəmiyyətindən danışıblar. Onlar qeyd ediblər ki, bu cür tədbirlər gənclərin milli-mənəvi dəyərlərə bağlılığını gücləndirir, həmçinin onların ədəbiyyata və tarixə marağının artırılmasında mühüm rol oynayır. Çıxışçılar yazıçı İsmayıl Qarayevin zəngin yaradıcılıq irsindən söz açaraq, onun həyat yolunun və əsərlərinin gənc nəslə örnək olduğunu vurğulayıblar.

Tədbir zamanı iştirakçılara yazıçının övladı Vəsimə İsmayılqızının adından müəllifin müxtəlif illərdə çap edilmiş kitablarından nümunələr hədiyyə olunub.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Bölgə
Fotosesiya
Çox oxunanlar