Xəbər lenti

Bu gün Azərbaycan bəstəkarı Fikrət Əmirovun anım günüdür 0

Tarix: 20-02-2023 14:39     Baxış: 1 315

Bu gün Azərbaycan bəstəkarı Fikrət Əmirovun anım günüdür 

MUBARİZCİLER.AZ xəbər verir ki, Bəstəkar Fikrət Əmirov - Səhnə musiqisi sahəsində fəaliyyətinə "Ürəkaçanlar" və "Gözün aydın" musiqili komediyaları ilə başlayan Fikrət Əmirovun ən uğurlu əsərlərindən biri simli orkestr üçün yazdığı "Nizami" simfoniyasıdır. Bu simfoniya dünyanın ən məşhur dirijorlarının rəhbərliyi ilə ifa olunub. 1948-ci ildə "Şur" və "Kürd-Ovşarı" simfonik muğamlarını yazıb. Bu simfonik muğamlar Bolqarıstanın, Belçikanın, Fransanın, ABŞ-ın konsert salonlarında səsləndirilib. Fikrət Əmirovun yaradıcılığı geniş və çoxşaxəlidir. O, musiqinin bir çox janrlarında əsərlər bəstələmişdir. Bəstəkarın “Sevil” operası(İlk milli lirik opera ), “Min bir gecə”, “Nəsimi dastanı”, “Nizami” baletləri, “Şur”, “Kürd Ovşarı”, “Gülüstan-Bayatı-Şiraz” simfonik muğamları, “Nizami” simfoniyası, “Azərbaycan kapriççiosu”, skripka və fortepiano üçün “Muğam-poema”sı, suitaları, instrumental konsertləri, mahnı və romansları, dram tamaşalarına və kinofilmlərə yazdığı musiqi Azərbaycan mədəni irsinin qiymətli əsərlərindəndir. #Azərbaycanmusiqisi#bəstəkar #FikrətƏmirov



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar