Xəbər lenti
14-09-2024, 21:36
 

20 fevral aktrisa Firəngiz Şərifovanın xatirə günüdür 0

Tarix: 20-02-2023 14:38     Baxış: 1 048

20 fevral aktrisa Firəngiz Şərifovanın xatirə günüdür.

MUBARİZCİLER.AZ xəbər verir ki, Firəngiz Abbasmirzə qızı Şərifova (Firəngiz Şərifzadə) Bakıda Abbas Mirzə Şərifzadənin və Mərziyə Davudovanın ailəsində anadan olub. Bakı Xoreoqrafiya Məktəbini və Azərbaycan Dövlət Konservatoriyasının vokal şöbəsində bitirib (1947). Səhnə fəaliyyətinə 1947-ci ildə Musiqili Komediya Teatrında başlayıb. Bir müddət Akademik Milli Dram Teatrında işləyib (1960-1965). 1949-cu ildən (müəyyən fasilə ilə) ömrünün sonuna qədər Gənc Tamaşaçılar Teatrının aktrisası olub. Əməkdar artist (1958), Xalq artisti (1969), «Qızıl Dərviş» və «Humay» mükafatları laureatı, “Şöhrət” ordenli Firəngiz Şərifova 2014-cü ildə vəfat edib.Filmoqrafiya:Qaraca qız – Qaraca qız (1966, tammetrajlı bədii film, kinoalmanax) – aktrisa (xidmətçi)Ən vacib müsahibə (1971, tammetrajlı bədii film) – aktrisa (Zaurun anası)Tülkü həccə gedir (1971, animasiya filmi) – filmi səsləndirən (toyuq)Bizim küçənin oğlanları (1973, tammetrajlı bədii film) – aktrisaGünlərin bir günü (1976, tammetrajlı bədii film - kinoalmanax) – aktrisaQərib cinlər diyarında (1977, tammetrajlı bədii film) – aktrisa (Tükəz)Bayquş gələndə... (1978, tammetrajlı bədii film) – aktrisa (nənə)Bir ailəllik bağ evi (1978, tammetrajlı bədii film) – aktrisa (ana)Mən mahnı qoşuram (1978, tammetrajlı bədii film) – musiqi ifaçısıÜzeyir ömrü (1981, tammetrajlı bədii film) – aktrisa (Həsən bəy Zərdabinin arvadı)Gümüşgöl əfsanəsi (1984, tammetrajlı bədii film) – aktrisa (Fatma xanım)Astana (1986, tammetrajlı film-tamaşa) – aktrisa (ana)Xüsusi vəziyyət (1986, tammetrajlı bədii film) – aktrisa (Xalidənin anası)Yay gününün xəzan yarpaqları (1987, tammetrajlı bədii film) – aktrisa (Güllü)Qonşu qonşu olsa... (1989, tammetrajlı film-tamaşa) – aktrisa (Nazxanım)Qətl günü (1990, tammetrajlı bədii film) – aktrisa (nənə)Ömürdən uzun gecə (1996, tammetrajlı film-tamaşa) – aktrisa (Ziba xala)



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar