Prezident İlham Əliyevin etimadını doğruldan dövlət məmuru
Prezident İlham Əliyev: Hər bir dövlət məmuru təmiz işləməlidir, xalqla bir yerdə olmalıdır, təvazökar, işgüzar və vətənpərvər olmalıdır, rüşvət almamalıdır, özünü xalqdan üstün tutmamalıdır, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalıdır və Vətənə sadiq, sədaqətli olmalıdır. Heç bir xarici dairənin təsiri altına düşməməlidir.
Cənab Prezident İlham Əliyevin kadr islahatı və bu islahatlar nəticəsində 5 aprel 2019-cu il tarixli Sərəncamı ilə Goranboy rayon İcra Hakimiyyeti başçısı təyin edilən Məhərrəm Quliyev sözün əsl mənasında Cənab Prezident İlham Əliyevin tapşırıqlarını vicdanla yerinə yetirən nümunəvi dövlət məmurudur.
Məhərrəm Quliyev hərtərəfli işgüzar fəaliyyəti və rayon əhalisinə, Şəhid və Qazi ailələrinə göstərdiyi diqqət və qayğısı ilə möhtərəm prezidentimizin ona göstərdiyi etimadı layiqincə doğruldur və Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiqliyini əməli surətdə göstərir...
Bayram günlərində hər kəsin evində olduğu bir vaxtda şəhidlərimizi unutmayan ,Vətən sevgisi ruhuna hopmuş Məhərrəm Quliyev demək olar ki, hər gün şəhidlərin məzarını ziyarət edir, ailələrinə baş çəkir. Sosial qayğıları ilə yaxından maraqlanır. İcra başçısı bayramı günü ilk olaraq Fəxri Xiyabanda olur...
Təyin oldunduğu gündən bu günə kimi hər zaman rayon əhalisinə qarşı çox böyük sevgi, diqqət və qayğı göstərir, xüsusən də Şəhid və Qazi ailələrinə sonsuz diqqət və qayğı göstərir. Rayonda çox sayda abadlıq və quruculuq işlərinini həyata keçirilir.
Mən bu gün fəxrlə deyirəm ki, Heydər Əliyev dövrünün yetirməsi , Heydər Əliyev liderlik məktəbindən dərs almış Goranboy Rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyev .
Əslində, Məhərrəm müəllimin , hər kəlməsi, hər sözü, hər çıxışı, hər hərəkəti ilə hər birimizə nümunə olacaq dövlət məmurudur . O,bitib-tükənməyən bir xəzinə, bir örnəkdir .
Müdrikliyi, uzaqgörənliyi, diqqətcil olmağı , geniş fəaliyyəti ilə Azərbaycanın say-seçmə dövlət məmurları ilə bir sırada özünə əbədi yer alan , Goranboy tarixinə adını qızıl hərflərlə yazmış dövlət məmuru . Belə dahilər, bu cür hərtərəfli düşüncə və dərrakəyə, təfəkkürə malik insanlar isə hər rayonun bəxtinə düşmür!
Bu gün Məhərrəm Quliyev Qəhrəman Goranboy elinə gəlişinin 6 ili tamam olur , bu münasibətlə bütün Goranboyluları təbrik edirəm .
Çox hörmətli Məhərrəm Quliyevin Qəhrəman Goranboylular üçün gördüyü bütün işlərlə tanış olmaq üçün Goranboy Rayon İcra Hakimiyyəti rəsmi facebook səhifəsinə baxa bilərsiniz.
Mubarizciler.az
Xəbəri paylaş



